Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Ərçivanda təzə boks mərkəzi var, təzə uşaq bağçası isə yox


Astara rayonu, Ərçivan qəsəbəsi. Uşaq bağçasının binası. 28 dekabr 2017
Astara rayonu, Ərçivan qəsəbəsi. Uşaq bağçasının binası. 28 dekabr 2017

Astara rayonun Ərçivan qəsəbəsinin bir qrup sakini AzadlıqRadiosu-na müraciət edib.

Həmin müraciətdə bildirilir ki, qəsəbənin 10 mindən çox əhalisinin olmasına baxmayaraq günün tələblərinə cavab verən uşaq bağçası yoxdur. Qəsəbənin yeganə uşaq bağçası ötən əsrin 60-70-ci illərində tikilib. Yararsız hala düşən binanı təmir etməyin də artıq, mümkün olmadığı deyilir.

“ÇOX VAXT BOKS MƏRKƏZİ BAĞLI OLUR”

Qəsəbə sakini, əmək və müharibə veteranı Məhərrəmli Məmmədov deyir ki, uşaq bağçasından ötrü yeni binaya ehtiyac var:

Məhərrəmli Məmmədov
Məhərrəmli Məmmədov

Buna da bax: Astara sakini: 'İranda dərmanlar yarıbayarı ucuzdu'

“O vaxtları binanı sovxoz tikib. Gözümüzün qarşısında tikilib. Müstəqilliyimiz dövründə qəsəbədə modul tipli elektrik stansiyasını çıxsaq, cəmi iki sosial obyekt inşa edilib. Bunlardan biri boks mərkəzidir. Ölkə prezidenti bu mərkəzin açılışında iştirak edib, lenti kəsib. Çox vaxtı boks mərkəzi bağlı olur. Digər obyekt isə qəsəbənin 3 saylı məktəbin tədris korpusudur. O da Yaponiya səfirliyinin vəsaiti hesabına inşa edilib”.

“BİNADA SİÇAN ƏLİNDƏN TƏRPƏNMƏK OLMUR”

Veteranın sözlərinə görə, qəsəbədə keçirilən tədbirlərdə uşaq bağçası ilə bağlı məsələ həmişə qaldırılır:

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

“Yerli hakimiyyətin, bələdiyyənin və digər orqanların rəsmi şəxsləri binanın qəzalı vəziyyətdə olduğunu təsdiq edirlər. Payız və qış aylarında vəziyyət daha da acınacaqlı olur. Bu körpələr gələcəyimizdir. Körpələrin sağlamlığı elə bağçanın özündə korlanır”.

Onun deməsinə görə, binanı siçan basıb:

“Qəsəbədə keçirilən iclasın birində rəsmilər bildirdilər ki, binada siçan əlindən tərpənmək olmur. Bağçanın həyətində uşaqların əylənmələri üçün heç nə qurulmayıb. Bir gün burda qəza ola bilər”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

“KƏND BAĞÇALARININ ƏKSƏRİYYƏTİ BƏRBAD VƏZİYYƏTDƏDİR”

Qəsəbənin digər sakini, veteran müəllim Əhməd Həsənov da bu məsələ barədə müxtəlif orqanlara müraciət olunduğunu deyir:

Əhməd Həsənov
Əhməd Həsənov

“Hökumətimizin diqqətindən heç nə qaçmır. Yəqin ki, baxacaqlar, tikəcəklər. Ölkəmizin prezidenti Ərçivan qəsəbəsində olanda biz çox sevindik. Xahiş etmişik ki, yeni bağça binası inşa edilsin”.

Qəsəbə sakini Vaqif Əhmədoğlu isə tezliklə yeni bağça binasının tikiləcəyinə inanmır:

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

“Ərçivan qədim yaşayış məskənidir. Böyük bir qəsəbədir. Burda müasir tələblərə cavab verən bağça tikilməlidir. Təmir adı ilə orda hər il iş görülür, amma heç nə dəyişmir. Biabırçılıqdır. Körpələr torpaqda əyləşir. Belə iş olarmı? Hökumətimizin vəsaiti yoxdur ki, burda bağça tiksin? Kənd bağçalarının əksəriyyəti belə bərbad vəziyyətdədir. Köhnə daxmalarda yerləşir”.

“GƏLƏN İL YENİ BAĞÇA BİNASI TİKİLƏCƏK”

Həmin bağçada da olduq. Bağça bir mərtəbəlidir. Soyuq hava içəri daxil olmasın deyə pəncərələrə polietilen vurulub. Bəzi yerlərdə pəncərələrin taxtaları çürüyüb. Divarlarda çat var. Dam örtüyü də yararsızdır. Dama vurulmuş şiferlər dağılmaq üzrədir. Öyrəndik ki, bağçada 75 uşaq var.

Bağça bir mərtəbəlidir. Soyuq hava içəri daxil olmasın deyə pəncərələrə polietilen vurulub. Bəzi yerlərdə pəncərələrin taxtaları çürüyüb. Divarlarda çat var.
Bağça bir mərtəbəlidir. Soyuq hava içəri daxil olmasın deyə pəncərələrə polietilen vurulub. Bəzi yerlərdə pəncərələrin taxtaları çürüyüb. Divarlarda çat var.

Buna da bax:​ Selin gəldiyi Rudəkənar kəndi: 'Körpələri götürüb qaçdıq...'

Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəbrayil Salmanov da binanın yararsız halda olduğunu etiraf edir:

“Bağçanın təminatı yaxşıdır. Yeni yataq almışıq. Avadanlıqlarını dəyişmişik. Bina isə yararsızdır. Gələn ildə yeni bağça binasının inşa edilməsi nəzərdə tutulub. Xəstəxana və qəsəbə 1 saylı orta məktəb də əsaslı təmir olunacaq...”

Buna da bax:​ Prezidentin cənub rayonlarına səfərinin pərdəarxası...

VƏ...

Ərçivan qəsəbəsi Astara rayonun ən böyük yaşayış məntəqəsidir. Bakı-Astara yolu qəsəbənin mərkəzindən keçir. Burada 4 orta məktəb, 2 mədəniyyət evi və xəstəxana fəaliyyət göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG