Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Astana bu gündən Nursultan oldu


Astana şəhəri
Astana şəhəri

Qazaxıstanın yeni prezidenti Kasım-Comart Tokayev paytaxt Astananın Nursultan adlandırılması barədə fərman imzalayıb.

Fərman prezidentin rəsmi saytında yerləşdirilib.

Qərar martın 23-də qüvvəyə minir.

Qazaxıstan parlamenti martın 20-də paytaxtın Nursultan adlandırılması barədə yektilliklə qanun layihəsi qəbul etmişdi.

Hökumət məsələnin referenduma çıxarılmasını təklif etsə də prezident Tokayev buna ehtiyac olmadığını bəyan elədi.

Hakimiyyətin bu addımı bir çox ölkə vətəndaşı tərəfindən tənqidlə qarşılandı və bir neçə şəhərdə etiraz aksiyaları keçirildi.

Martın 22-də Astana, Alma-Atı və Şimkentdə onlarla aksiyaçının saxlandığı bildirilir.

AzadlıqRadiosu-nin “Nastoyaşie Vremya” televiziya proqramının əməkdaşı Svetlana Glushkova da saxlanıb, amma bir neçə saatdan sonra sərbəst buraxılıb.

Svetlana Glushkova martın 23-də Astana məhkəməsində aydın olmayan ittihama görə ifadə verməlidir.

Həmçinin kanalın operatoru xəsarət alıb.

AzadlıqRadiosu qazax xidmətinin məlumatına görə, aksiyanı işıqlandırarkən naməlum adamlar onların işinə mane olub.

Azad Avropa və Azadlıq Radiosunun rəhbərliyi Qazaxıstan hakimiyyətinin hərəkətini pisləyib.

Həmçinin Alma-Atıda AzadlıqRadiosunun çəkiliş qrupu eyni məhdudiyyətlə üzləşib.

Radionun Alma-Atı bürosunun rəhbəri isə təcili qaydada yerli hakimiyyətə çağırılıb.

Hakimiyyət və prokurorluq büronu “siyasi hadisələri birtərəfli qaydada işıqlandırmaqda” və “nifaq salmaqda”ittiham olunur.

Qeyd edək ki 30 ildir ki, ölkəni idarə edən , 79 yaşlı Nursultan Nazarbayev martın 19-da istefa verdi.

Qızı Dariga Nazarbayeva isə parlamentin yuxarı palatasının sədri seçildi.

Amma Nazarbayev təhlükəsizlik şurasının rəhbəri olaraq qalır.

Bundan başqa ona ömürlük xalqın lideri (Elbaşı) titulu verilib.

Qazaxıstan Freedom House təşkilatının hesabatında söz azadlığına görə 197 ölkə arasında 175-ci yerdə gəlir.

Sərhədsiz Reportiorlar təşkilatı isə Nursultan Nazarbayevi söz azadlığını boğan “yırtıcılar” siyahısına salıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG