Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 11:09

Türkmənistanda prezident seçkisi ərəfəsində paytaxt bazarlarında qiymətlərə nəzarəti gücləndirilib.

“Vergi xidməti, şəhər administrasiyası və ticarət təşkilatlarının əməkdaşları artıq bir neçə gündür ki, bazarlarda reydlər keçirir, satıcıları məhsulu aşağı qiymətə satmağa məcbur edirlər”, Merqen (ad şərtidir) adlı satıcı deyir.

Qeyd edək ki,artıq bir neçə ildir ki, Aşqabad bazarlarında alış-veriş “iki qiymətlə” aparılır.Yəni məhsul göstərilən qiymətdən orta hesabla 40-60% baha qiymətə satılır.

Məsələn “Mir bazar”da kökün kilosu 7, soğanın kilosu isə 6 manata satıldığı halda, qiymət kağızlarında bu 5 və 4 manat göstərirlir.

“Hökumət nümayəndələriməhsulun göstərilən aşağı qiymətə satılmasını təlb edirlər. Biz isə qiymətləri bazardakı şəraitə uyğun qoyuruq.Hakimiyyətin təyin elədiyi qiymətlər bizim üçün ziyanlıdır”, Merqen deyir.

Ashgabadda bazar
Ashgabadda bazar

Onun sözlərinə görə əvvəllər nəzarət orta hesabla ayda bir dəfə olurdu, indi isə demək olar ki, hər gün reydlər keçirilir.

Merqen deyir ki, şikayət etmək olmaz, eləsən istənilən bəhanə ilə lisenziyanı ləğv edərlər.

Türkmənistanda əsas qida məhsullarının qiymətinə nəzarət, vacib siyasi tədbirlər ərəfəsi və ya ölkə rəhbərinin regionlara səfəri zamanı hökumətin geniş tətbiq etdiyi tədbirlərdən biridir.

Məsələn prezident Berdımukhamedov yanvarın sonlarında Daşoquz regionuna səfər edərkən qida məhsullarının qiyməti məcburi aşağı salınmışdı.

AzadlıqRadiosu Türkmənistan xidmətinin məlumatına görə, qiymətlərə nəzarət və bir sıra ərzaqların süni şəkildə ucuzlaşdırılması qıtlıq və ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

Türkmənistanda növbəti prezident seçkisi fevralın 12-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG