Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Asif Yusifli azadlıqda


A.Yusifli və Ə.Kərimli
A.Yusifli və Ə.Kərimli

AXCP-nin yenicə azadlığa çıxan üzvü A.Yusifli özünü yaxşı hiss edir və əfvlə azadlığa çıxmadığına görə sevincli olduğunu bildirib.

Bu barədə o özü Azadlıq Radiosuna danışıb. «Mən heç vaxt İlham Əliyevin əfvi ilə azad olunacağıma inanmırdım. Bütün proseslər göstərirdi ki, bu, heç vaxt olmayacaq», - A.Yusifli vurğulayıb.

+++

Bu gün, noyabrın 25-də həbs müddəti başa çatan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ savaşında əlil olan Asif Yusifli azadlığa çıxıb.

A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edib və cəza müddətini 6 ilə endirib. Qanuna dəyişikliklərdən sonra cəza 1 il də azaldılıb.

İttihamda yazılıb ki, zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.

Məhkəmə zamanı R.Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. F.Zülfüqarova da ziyanın ona ödənilməsinə dair şikayətindən imtina edib.

A.Yusifli ittihamı qəbul etmir, həbsini siyasi sifariş sayır.

Üzvü olduğu AXCP bəyan edib ki, A.Yusiflinin həbsinin gerçək səbəbi özü kimi Qarabağ əlili olan Zaur Həsənovun intihar həddinə çatdırılmasına etirazı olub. Z.Həsənov haqsızlığa məruz qaldığını bəyan edərək deputat Səttar Mehbalıyevin rəhbəri olduğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə özünü yandırıb. Z.Həsənov xəstəxanada vəfat edəndən sonra A.Yusifli Fəvvarələr meydanında etiraz aksiyası keçirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG