Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Əfqanıstan şiələri mümkün ‘Aşura hücumlarından’ narahatdır


Əfqanıstan paytaxtında sentyabrın 5-də törədilmiş qoşa partlayışda onlarca insan həlak olub
Əfqanıstan paytaxtında sentyabrın 5-də törədilmiş qoşa partlayışda onlarca insan həlak olub

Əfqanıstanın şiə azlığı bu məzhəbin müqəddəs günü olan Aşura ərəfəsində mümkün zorakılıqladan narahatlıq keçirir.

Son həftələrdə ölkənin şiə icmasına qarşı edilmiş ölümcül hücumlar sentyabrın 20-ə təsadüf edən Aşura günündə də zorakılıqlar ola biləcəyindən narahatlıq yaradıb.

Əhalisinin əksəriyyəti sünnilər olan Əfqanıstanda şiələr 3 milyondur və bunlar da əsasən həzarələrdir.

Hakimiyyət orqanları bildirir ki, Aşura günü keçiriləcək mərasimlərin təhlükəsizliyi üçün tədbirlər planı mövcuddur. Hökumət keçmişdə şiələri lazımınca müdafiə etmədiyinə görə tənqid olunub.

Parlamentin etnik həzara olan üzvü Aref Rahmani AzadlıqRadiosuna deyib ki, əgər hökumət asayişi qoruya bilməsə, şiələr öz təhlükəsizliklərinin qeydinə özləri qalmalı olacaqlar.

Bu ay paytaxtın şiələr yaşayan hissəsindəki təhsil mərkəzi və güləş klubunda törədilmiş intiharçı partlayışlarında azı 60 nəfər həlak olub.

Avqustun əvvəllərində Paktiya vilayətinin Qardez şəhərində burqa geyinmiş iki intiharçı tərəfindən törədilən partlayışfa azı 35 nəfər ölüb.

Bu hücumlar üçün məsuliyyəti öz üzərinə şiələri kafir sayan İslam Dövləti ekstremist təşkilatı götürüb.

Əfqanıstan hökuməti bildirir ki, Aşura günü ərəfəsində şiələr üzərinə hücum hazırlamaqda şübhəli bilinən 26 nəfər saxlanıb.

Əfqanıstan prezidenti Ashraf Ghani sentyabrın 8-də şiələr üçün paytaxtda səfirliklər və beynəlxalq təşkilatlar üçün yaradılmış yüksək təhlükəsizlikli “yaşıl zonaya” bənzər ərazi yaradılmasını təklif edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG