Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Deputatlar AŞPA-ya gedir


Milli Məclisin bəzi deputatları sentyabrın 9-da Parisə səfər edəcəklər.

Parlamentin mətbuat xidməti xəbər verir ki, deputatlardan Çingiz Qənizadə Avropa Şurası parlament Assambleyasının(AŞPA) Hüquqi işlər və insan haqları komitəsinin, Sabir Hacıyev isə Siyasi işlər və demokratiya komitəsinin iclaslarında iştirak edəcək.

Hüquqi işlər və insan haqları komitəsinin toplantısında Avropa Şurası və ona üzv dövlətlərin BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı, terrorizmlə mübarizə, dini azadlıqların qorunması kimi məsələlər ətrafında müzakirələr keçiriləcək.

Siyasi işlər və demokratiya komitəsində isə AŞPA-nın missiyası, rolu, Avropada islam dini: radikallaşma, islamofobiya, Avropa Bankının fəaliyyəti və sair mövzularda fikir mübadiləsi aparılacaq. Onların səfərləri sentyabrın 12-də başa çatmalıdır.

XS
SM
MD
LG