Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Polis gənc qızla oğlanı bir yerdə görən kimi...


Aşqabad küçələrində polis sənədləri yoxlayarkən qohumluq əlaqəsi olmayan gənc oğlan və qızları şöbəyə aparır.

Bu barədə AzadlıqRadiosunun Türkmənistan xidməti məlumat yayıb.

Özünü Maksat kimi təqdim edən ali məktəb tələbəsi radio ilə söhbət zamanı artıq 1 aydır ki, gənc cütlüklərin sənədlərinin yoxlandığını və saxlandıqlarını deyib.

Maksat deyir ki, son vaxtlar gənclər müxtəlif qadağalarla üzləşiblər, polis küçə və parklarda oturan gənc oğlan və qızları sorğu-sual edir, təkrar tutulacaqları halda məktəbdən qovulmaqla hədələyir.

AzadlıqRadiosuna danışan Aşqabad sakinləri bunun onlara aydın olmadığını, hüquq-mühavizə orqanları əməkdaşlarınınsa məsələyə heç bir aydınlıq gətirmədiklərini deyirlər.

AzadlıqRadiosunun Türkmənistan xidməti də məsələyə şəhər hakimiyyətindən heç bir münasibət öyrənə bilməyib.

Mənbə yazır ki, polis hələ bundan əvvəl paytaxtda pinti geyinənləri, şəhərdə qeydiyyatı olmayanları da cərimələyərək daimi yaşadıqları regionlara göndərir.

Yerli sakinlər bu tədbirin, əsasən bu ilin sentyabrında Aşqabadda keçiriləcək “Asiya oyunları” na hazırlıqla bağlı olduğunu düşünürlər.

Mənbə yazır ki, ölkə başçısının göstərişinə əsasən Türkmənistanın tarixində ən böyük beynəlxalq idman tədbiri hesab olunan bu yarış yüksək səviyyədə keçirilməlidir.

Aşqabadda yeni hava limanı
Aşqabadda yeni hava limanı

Bu məqsədlə paytaxt Aşqabadda 5 milyard dollarlıq olimpiya kompleksi, həmçinin 2 milyard dollarlıq yeni beynəlxalq hava limanı tikilib.

Xatırladaq ki,Türkmənistanda ali məktəb tələbələrinə qarşı bir sıra qadağa və tələblər mövcuddur. Məsələn yeni qadğalardan birinə görə onlar ölkə daxilində avtonəqliyyatla səfərə çıxa bilməzlər və yalnız təyyarə ilə səyahət edə bilərlər.​

Bundan başqa ali məktəblərdə avtomobil sürmək və ya xüsusi icazə olmadan istirahət günlərində yataqxananı tərk etmək qadağandır.

Bakıda sevgililərin 'şöbəyə aparılma' dərdi

Bakıda sevgililərin 'şöbəyə aparılma' dərdi
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG