Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:00

Aşqabadda müəllimləri tətilə buraxmırlar


Foto arxiv
Foto arxiv

Aşqabadda orta, xüsusi təmaüllü və ali təhsil müəssisələrində müəllimləri yay tətilinə buraxmırlar.

Paytaxtdakı yaradıcılıq akademiyasının müəllimləri anonym qaydada AzdlıqRadiosunun Türkmənistan xidmətinə deyiblər ki, qarşıdan 2017-ci il “Asiya oyunları” gəldiyinə görə bu il istirahətə gedə bilməyəcəklər.

Müəllimlərin sözlərinə görə, iş yerlərini itirməmək üçün rəhbərliyin tələblərini yerinə yetirməli olurlar.

Foto arxiv
Foto arxiv

Bundan başqa “Asiya oyunları” na görə bu il Türkmənistanda yeni dərs ili iyulda başlayacaq, oyunlar keçirilən zaman fasilə olacaq, sonara isə oktyabrda bərpa olunacaq.

Digər büdcə təşkilatlarının işçiləri də tətilə çıxa bilməyəcəklər.

Bu il Türkmənistanda təhsil işçiləri ilə yanaşı büdcə təşkilatına aid digər müəssisələrin işçiləri də yay tətilinə çıxa bilməyəcəklər.

Dövlət kütləvi informasiya vasitələri “Asiya oyunları” ilə bağlı kütləvi tədbirlər və mərasimlərə başlanması barədə xəbər verməsələr də yerli müşahidəçilər bu günlərdə Aşqabadda , necə deyərlər könüllülərin iştirakı ilə çoxsaylı tədbirlər keçirildiyini görürlər.

Sakinlər və müstəqil mənbələrin dediklərinə görə, son bir neçə aydır ki, hakimiyyət Aşqabadda səfərlərin məhdudlaşdırılması və region sakinlərinin paytaxtda qala bilmələri ilə bağlı bir sıra qaydalar tətbiq edib.

Aşqabadın mərkəzində tikilmiş Olimpiya kompleksində keçiriləcək oyunlarda 60-dan çox ölkənin idmançıları iştirak edəcək.

Olimpiya mərkəzi hökumətə 5 milyard dollardan baha başa gəlib.

Həmçinin buna görə 2,3 milyard dollarlıq yeni beynəlxalq hava limanı istifadəyə verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG