Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İran diplomatı Almaniyadan Belçikaya ekstradisiya edilib


İddia olan terror hücumun hədəfi Fransada keçirilən müxalifət mitinqi idi
İddia olan terror hücumun hədəfi Fransada keçirilən müxalifət mitinqi idi

Fransada mühacirətdə yaşayan iranlılara qarşı hücum planlaşdırmaqda şübhəli bilinən İran diplomatı Almaniyadan Belçikaya ekstradisiya edilib.

Bundan əvvəl AFP agentliyi tərəfindən adının Assadollah Assadi olduğu bildirilən və Avstriyada işləyən 46 yaşlı diplomat iyulun 1-də Almaniyanın Bavariya torpağında həbs olunub. Polis və prokurorluq bildirir ki, diplomat oktyabrın 9-da məhkəmə qərarı ilə ekstradisiya edilib.

Belçika Federal Prokurorluğu AFP agentliyinə deyib ki, Assadi Belçika məhkəməsi qarşısına oktyabrın 10-da çıxarılacaq. Fransa ötən həftə bildirmişdi ki, Assadinin əmlakı 6 ay müddətinə dondurulub.

Assadi içində 500 qramlıq partladıcı maddə olan cihazı Belçikada yaşayan bir ər-arvada ötürməli idi. Onların bu cihazdan terrorçu hücum üçün istifadə etməli olduqları iddia edilir.

Bu da iddia edilir ki, bu hücum İran Milli Müqavimət Hərəkatının iyunun 30-da Paris yaxınlığındakı Villepint şəhərində keçirilən mitinqi olmalıydı. Bu mitinqdə İran hökumətinə qarşı olan 25 min etirazçı iştirak etmişdi.

Bu mitinqə habelə aparıcı ABŞ fiqurları, o cümlədən prezident Donald Trump-ın vəkili, Nyu Yorkun keçmiş meri Rudolph Giuliani və Trump-a yaxın başqa siyasətçilər qatılmışdı.

Belçikanın xüsusi qüvvələri sözü gedən ər-arvadı iddia olunan hücumdan əvvəl Brüsseldə həbs edib. Almaniya polisi isə diplomatı ertəsi gün Aşaffenburq şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində saxlayıb.

İran ötən həftə Fransanın iddialarını rədd edib.

İran sözü gedən mitinqdə iştirak etmiş qruplardan birini – Xalq Mücahidləri Komitəsini “terrorçu” təşkilat hesab edir. Tehran bildirir ki, bu qəsd Rohanini gözdən salmaq məqsədilə qondarılıb.

Avropa polisi bildirir ki, 2014-cü ildən bəri Vyanadakı İran səfriliyinə akkreditasiyası olan Assadi İranın mühacirlərə nəzarət edən xüsusi kəşfiyyat idarəsinin agentidir.

Onun diplomatik toxunulmazlığı yalnız Avstriyada keçərli olduğuna görə Assadi Almaniyada Avropa orderi ilə həbs olunub.

Belçika hakimiyyət orqanları bu məsələ ilə bağlı Merhad A. adlı daha bir nəfərin ekstradisyasını rica edib.

Belçika polisi inanır ki, Merhad A. Brüsseldə həbs olunmuş ər-arvadla əlbir olub.

Ər-arvad, habelə Merhad A. Belçika vətəndaşıdırlar.

ABŞ Dövlət Departamenti ekstradisiyanı alqışlayıb.

XS
SM
MD
LG