Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:18

Tacikstanda rəhbərliyin tələbinə əsasən arıqlamayan 10 polis işdən çıxarılıb.

Tacikstanın Daxili İşlər Nazirliyi nazir Ramazan Rəhimzadənin sərəncamına əməl etmədiyinə görə işdən çıxarmalarla bağlı ilkin məlumatını yayıb.Ötən ilin sonunda nazir öz işçilərinə normalara cavab vermək üçün təcili arıqlamaq, idmanla məşğul olmaqla bağlı göstəriş vermişdi.

"İl başlayandan ancaq 10-dan biq qədər çox adam özünü arıqlada bilməyib. Digər əməkdaşlar 5-20 kq arası arıqlayıblar və daha çox çəki itirmək üçün idmanla məşğul olmaqda davam edirlər" – nazirlikdən yerli mətbuata belə deyilib.

Nazirliyin mətbuat katibi Azadlıq radiosunun Tacik bürosuna 10 nəfərin işdən qovulması, daha 100 nəfərə çəkisinin artıq olması ilə bağlı xəbərdarlıq olunmasını təsdiqləyib.

2016-cı ilin dekabrında Tacikstanın DİN əməkdaşlarına boy və çəki normaları ilə bağlı təlimat verilmişdi. Həmin təlimatda deyilirdi ki, "168-170 sm boyu olan polis əməkdaşının çəkisi 75 kq-ı keçməməlidir".

Nazirlikdən o da bildirilmişdi ki, təlimata əməl olunub-olunmamasına xüsusi komissiya nəzarət edəcək, çünki polis əməkdaşlarında artıq çəki onların iş qabiliyyətini azaldır.

Bundan öncə isə, apreldə DİN rəhbərliyi göstəriş vermişdi ki, qurumun hər bir əməkdaşı ayda azı bir dəfə teatra getməlidir. Bunu da onunla əsaslandırmışdı ki, tearta getmək "polislərin mənəvi-əxlaqi səviyyəsini artıracaq, ağır iş günündən sonra həm də yorğunluğu aradan qaldıracaq".

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG