Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:59

Avropa Liqası: Chelsea – Arsenal 4-1


Avropa Liqasının Bakıda keçirilən final matçında İngiltərənin iki klubunun qarşılaşmasında Chelsea klubu Arsenalı 4-1 hesabı ilə məğlub edib.

Final matçının Bakıda keçirilməsi qərarına görə həm komandalar, həm də onların azarkeşləri UEFA-nı kəskin tənqid etmişdilər.

Azarkeşlərin əksəriyyəti final oyununun keçirildiyi şəhərin uzaqlığına görə komandaları ilə birlikdə hərəkət edə bilməmişdilər. Bu səbəbdən 70 minlik Olimpiya stadionunda çox sayda boş yerlər vardı.

AP agentliyi yazır ki, Arsenal klubunun erməni yarımmüdafiəçisi Henrikh Mkhitaryan-ın bu oyunda iştirak edə bilməməsi də oyunun nəticəsinə təsirsiz ötüşməyib.

Bu il həm Avropa Liqasının, həm də Çempionlar Liqasının finalına İngiltərə klubları vəsiqə qazanmışdılar.

İyunun 1-də Madriddə UEFA Çempionları Liqasının finalında Liverpool və Tottenham Hotspur klubları qarşılaşacaqlar.

Arsenal Avropa finallarında 2006-cı ildən bəri oynamamışdı.

XS
SM
MD
LG