Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Sargsyan:"Xalqımız həddən artıq parçalanıb"


Armen Sargsyan
Armen Sargsyan

“Xalqımız çox parçalanıb”.Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu yanvarın 15-də jurnalistlərə Ermənistanın hakim “Respublika” partiyası tərəfindən prezidentliyə namizədliyi təklif olunan Armen Sargsyan deyib.

O qeyd edib ki, növbəti prezidentin kimliyindən aslı olmayaraq, həmin şəxs milli dialoqa başlamalıdır.

Amma mənbə yazır ki, Armen Sargsyan Ermənistan cəmiyyətinin artıq hakim partiyaya etibar etməməsi fikri ilə razılaşmır, o cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlər təşkil edərək bu siyasi qüvvəni legitimləşdirməyə çalışır.

“Ümid edirəm ki, prezidentin kimliyindən aslı olmayaraq, həmin şəxs ölkə daxili və hətta onun xaricində belə bir dialoqa başlamalıdır ki, biz bir dha qara və ağa, varlı və kasıba, bu və ya digər partiyaya bölünməyək. Xalqımız bu gün çox parçalanıb” Sargsyan deyib.

Ölkədə çoxlu problemlər var.

Armen Sargsyan qeyd edib ki, bu gün Ermənistanda iqtisadi inkişaf,demokratiya,vətəndaş cəmiyyətinin formalaşması,korrupsiya ilə mübarizə və ədalətin bərqərar olması ilə bağlı çoxlu problemlər mövcuddur.

Və əgər milli dialoq olmasa , bu problemlərin heç biri həll olmayacaq.

Sargsyan bu problemlərin təsəvvür edildiyindən daha ciddi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yaxın günlərdə prezident Serzh Sargsyanla görüşəcək və həmin görüşdə prezidentliyə namizədlik təklifini qəbul edib-etməməsi barədə qərar verəcək.

Armen Sargsyan və Serzh Sargsyan
Armen Sargsyan və Serzh Sargsyan

Buna da bax:Ermənistanda hakimiyyətin prezidentliyə namizədi görüşlərə başlayıb (Video)

Mənbə yazır ki, indiki prezident Serzh Sargsyandan namizədlik təklifi alan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sargsyan bunun üçün ona vaxt verilməsini istəyib.

Deyib ki, öncə parlament və parlamentdən kənardakı qüvvələr, həmçinin cəmiyyətdəki böyük dairələr,separatçı Dağlıq Qarabağ rəhbərliyi və diasporanın nümayəndələri ilə görüşmək istəyir.

Qeyd edək ki, Ermənistan bu ildən prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçib.

Yəni indi əvvəlki kimi preidenti xalq yox, Milli məclis seçəcək.

Ermənistanda növbəti prezident seçkisi bu il martın ikisinə təyin edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG