Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 19:09

Armen Qriqoryan: Üçtərəfli iclasda razılaşma əldə olunmayıb


Armen Qriqoryan
Armen Qriqoryan

Azatutyun yazır ki, dünənki iclasın gündəliyi açıqlanmayıb. Növbəti görüşün də vaxtı və yeri barədə məlumat verilməyib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun TV-yə deyib ki, baş nazir müavinlərinin Moskvada keçirilən üçtərəfli görüşündə “razılaşmanın əldə edilməsi mümkün olmayıb”.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən regional açılım məsələsinə dair əldə edilmiş razılaşma üç ölkənin baş nazir müavinlərinin görüşünün yekunları əsasında bəyan olunacaq.

Qriqoryan deyib ki, bu barədə dekabrın 2-də heç bir bəyanat gözlənilmir. Görüşdə bilavasitə iştirak edən baş nazir müavini Mğer Qriqoryanın ofisindən bildirilib ki, daha bir görüş yaxın vaxtlarda keçiriləcək.

Azatutyun yazır ki, dünənki iclasın gündəliyi açıqlanmayıb. Növbəti görüşün də vaxtı və yeri barədə məlumat verilməyib.

Azərbaycana görə?

Azatutyunun “razılaşmanın əldə olunmaması Azərbaycanın dəhliz tələbi ilə bağlıdırmı” sualına Armen Qriqoryan birbaşa cavab verməyib.

O deyib ki, irəliləyiş əldə oluna bilməyibsə, deməli Azərbaycan qeyri-konstruktiv olub:

“Ümumilikdə biz demişik ki, Ermənistan dəhliz məntiqi ilə hər hansı məsələni müzakirə etməyib və etməyəcək. Bu mənada biz israrda davam edirik ki, bizim müzakirələrimiz tamamilə 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il Soçi bəyanatlarının çərçivəsində aparılmalıdır. Bu bəyanatlarda hər hansı dəhliz barədə heç nə deyilmir. Biz açılıma hazırıq, Sovet İttifaqı dövründə mövcud olmuş infrastrukturun bərpasının müzakirəsinə hazırıq. Biz habelə açıla biləcək yolların müzakirəsinə hazırıq. Söhbət Azərbaycanın bizim başqa ölkələrlə əlaqələrimiz üçün Azərbaycan ərazisindən verəcəyi yollardan və Azərbaycanın Naxçıvanla əlaqə üçün istifadə edəcəyi yollardan gedir”.

Azatutyunun “elə isə irəliləyiş niyə əldə olunmur” sualına Qriqoryan belə cavab verib:

“Həmişə olduğu kimi Ermənistan bu məsələdə konstruktivdir və müzakirə aparmağa hazırdır. Hesab edirəm ki, Azərbaycan Soçi razılaşmalarının həyata keçirilməsi üçün siyasi iradə nümayiş etdirə bilmir”.

XS
SM
MD
LG