Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 08:09

Armen Qriqoryan: 'Dəhliz müzakirə olunmayıb, olunmur və olunmayacaq'


Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Yerevan bildirir ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında söhbət hər hansı dəhlizdən yox, ümumilikdə regional kommunikasiyaların açılmasından gedir

Dəhliz məsələsi heç vaxt müzakirə olunmayıb, olunmur və heç vaxt müzakirə olunmayacaq, bu mövzu artıq qapadılıb.

Bunu AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Qriqoryan “Ermənistan ərazisindən kiminsə nəzarətində olan yol verilə bilərmi” sualına cavab olaraq deyib:

“Ermənistanda kiminsə nəzarətində olan suveren dəhliz olmayacaq, yəni Ermənistanın bütün ərazisi Ermənistan Respublikasının nəzarətində olacaq”.

Azatuyun yazır ki, Azərbaycan vaxtaşırı “Zəngəzur dəhlizi” barədə bəyanatlar verir, lakin rəsmi Yerevan dəfələrlə bildirib ki, “dəhliz məntiqini” heç vaxt müzakirə etməyib və etməyəcək.

Yerevan bunu da vurğulayır ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında söhbət hər hansı dəhlizdən yox, ümumilikdə regional kommunikasiyaların açılmasından gedir.

Azərbaycanla Ermənistanın "barışması" kimə sərf etmir?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Paşinyan Əliyevlə görüşə “bütün xəritələri” gətirəcəyini deyir

Azatutyun xəbər verir ki, tezliklə Moskvada Rusiya və Ermənistan liderlərinin görüşü olacaq.

Armen Qriqoryanın sözlərinə görə “Ermənistan-Rusiya gündəliyi” müzakirə ediləcək.

Bu görüşün dəqiq vaxtı barədə hələlik heç bir məlumat verilmir.

Azatutyun yazır ki, bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib. Paşinyan bu barədə deyib:

“Mən özümlə bizdə olan bütün xəritələri götürməyə hazıram və Azərbaycan prezidentini bu görüşə bizim bütün əsirləri gətirməyə çağırıram”.

İlham Əliyev də Paşinyanla görüşə hazır olduğunu deyib.

ATƏT-in Minsk qrupu?

Mümkün Əliyev-Paşinyan görüşünün hansı gündəlik üzrə keçirilə biləcəyinə dair sualın cavabında Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, gündəlik əsasən Dağlıq Qarabağ problemi ilə əlaqədar olacaq.

Armen Qriqoryan bunu onunla izah edib ki, gündəlik ATƏT-in Minsk qrupunun çərçivəsindədir.

Amma Qriqoryanın cavabına rəğmən nə Əliyev, nə də Paşinyan görüşə hazır olduqlarına dair bəyanatlarında ATƏT-in Minsk qrupu məsələsinə toxunmayıblar.

Azatuyunun Qriqoryana növbəti sualında deyilirdi:

“Bütün xəritələrin bütün əsirlərə dəyişdirilməsi Azərbaycanın ön şərtlərinin qəbul edilməsi deyildirmi, axı əsirlərin qaytarılmasına üçtərəfli bəyanatda qarantiya verilirdi..”

Armen Qriqoryan deyib:

“Biz deyirik ki, əgər Azərbaycan tərəfindən müsbət addım olsa, biz də ümumi gərgin atmosferin zəiflədilməsi üçün mübət addımlar atmağa hazırıq. Bizim habelə Rusiya ilə birlikdə regionun blokdan çıxarılmasını nəzərədə tutan daha geniş gündəliyimiz var və biz hesab edirik ki, belə addımlar kommunikasiyaların açılması prosesinin sürətləndirilməsi üçün pozitiv siqnallar verə bilər”.

XS
SM
MD
LG