Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:04

Jurnalistin qətli necə və niyə səhnələşdirilib?


Dünən, mayın 29-da Kiyevdə öldürüldüyü xəbər verilən jurnalist Arkady Babchenkonun sağ olduğu bildirilir.

O Ukrayna Təhlükəsizlik Xidməti – SBU-da keçirilən brifinqdə çıxış edib.

***

Beləliklə, jurnalist Arkady Babchenko-ya sui-qəsdin xüsusi xidmətlər tərəfindən qurulmuş səhnələşdirmə olduğu məlum olub. O “öldürülməsi” ilə bağlı Ukrayna təhlükəsizlik xidməti SBU-da təşkil edilmiş mətbuat konfransına şəxsən gəlib.

Babchenko nə deyir?

"Mən bilirəm ki, həmkarları dəfn etmək nə qədər ürəkbulandıran bir hissdir. Bağışlayın ki, belə bir hissi yaşamalı olmusunuz, lakin başqa cür etmək sadəcə olaraq mümkün deyildi”.

Bunun ardınca jurnalist onun qətli ilə bağlı xəbərdən sarsılmış şəxslərdən üzrxahlıq edib:

"Ayrıca olaraq bu iki gündə cəhənnəm iztirabından keçmiş həyat yoldaşımdan üzr istəyirəm. Oleçka bağışla, amma başqa variant yox idi”.

Jurnalist onun həyatını xilas etdiyi üçün SBU-ya təşəkkürünü bildirib:

"Mənim bildiyimə görə bu əməliyyat iki aydır ki, hazırlanırdı. Mənə bu barədə bir ay əvvəl məlum olub. Mən uşaqların necə işlədiyini, öküz kimi yer eşdiyini görürdüm. Biz əlaqədəydik. Fikirləşirdik, işləyirdik, fəaliyyət göstərirdik və nəticədə belə bir xüsusi əməliyyat hasilə gəldi. Bu əməliyyatın gedişində həbs edilən var. Cinayət törədilib və bütün sübutlar ortadadır. Ən başlıcası isə budur ki, mənim həyatım xilas edilib. Bir daha təşəkkür edirəm. Daha böyük miqyaslı terror əməllərinin qarşısı alınıb”.

Babchenko danışıb ki, SBU əməkdaşları ona ölümünün sifariş edildiyini xəbər veriblər. Onun pasportunun şəkli olan dosyedən başa düşüb ki, sifarişçilər məlumatı xüsusi xidmətlər vasitəsilə əldə ediblər.

Jurnalist deyib ki, onun qətli üçün icraçıya 30 min dollar verilib.

Babchenko bildirib ki, onun iki seçimi olub: bu əməliyyatda iştirak etmək və ya iştirakdan imtina etmək. Jurnalistin sözlərinə görə bu tamaşanı ləngitmək üçün “müxtəlif bəhanələr” də uydurub, hətta ayağının sındığını deyib:

"Amma o tərəfdən sıxırdılar. Çox sıxırdılar. Bu sifarişin icrası üçün 3 həftə veriblərmiş, sonradan tələsdirməyə başlayıblar. Görünür, Çempionlar Liqasının ərəfəsinə hazırlaşırmışlar. İşin yarısı görülüb. Mən öz işimi görmüşəm. Mən hələ sağam. Bircə o günü görməyəcəklər”.

İstintaq nə göstərir?

Jurnalistə sui-qəsd cəhdinin əsas şübhəlisi Ukrayna vətəndaşı Q-dir. Onun bütöv adı açıqlanmır. SBU direktorunun müavini Vasili Gritsak deyib ki, o bu qətl üçün 30 min dollar almalıydı.

Onun sözlərinə görə, qətl üçün sifariş Moskvadan gəlib. Bütövlükdə əməliyyat üçün 40 min dollar ayrılıbmış. Bu pulun 10 min dollarını araçı götürüb.

Gritsak mətbuat konfransında araçının pulu ötürməsini və onun həbsini göstərən əməliyyat çəkilişini nümayiş etdirib. SBU-nun versiyasına görə Rusiya jurnalistinin qətlini Rusiya xüsusi xidmətləri sifariş edib.

Gritsak deyib ki, Babchenko-ya sui-qəsd cəhdi siyasi əqidələrinə görə Rusiyadan çıxmağa məcbur olmuş şəxslərin fiziki ləğvi istiqamətində Rusiya xüsusi xidmətlərinin həyata keçirdiyi əməliyyatın yalnız bir epizodudur.

Ukraynanın baş prokuroru Yury Lutsenko deyib ki, qətl sifarişinin icraçısı “qondarma şəxs” idi.

Hadisə necə səhnələşdirilib?

Mayın 29-da axşam Ukrayna polisi jurnalist Babchenko-ya yaşadığı evin blokunda atəş açıldığını və hadisə yerindən Makarov tapançasına məxsus 9 mm-lik üç güllə gilizinin tapıldığını xəbər verib. Onun arvadının təcili yardım çağırdığı və jurnalistin ambulansda keçindiyi də xəbər verilmişdi.

Bunun ardınca Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazyev demişdi ki, qəsdin icraçısı “peşəkar” olub və cinayəti qrup hazırlayıb.

Bu Ukrayna xüsusi xidmətlərinin ilk “tamaşası” deyil

2016-cı ildə Ukrayna polisi Odessa vəkili Aleksandr Pogorely-ya qəsdi araşdırmaq üçün səhnələşdirməyə əl atıb. Polis onun qətlə yetirildiyi barədə xəbər yaymış, bundan sonra ehtimal edilən killeri və araçını həbs etmişdi. Ertəsi gün vəkilin sağ-salamt olduğu, onun ölüm xəbərindən isə əməliyyatda istifadə edildiyi xəbər verilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG