Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:36

Arif Hacılı hücuma məruz qaldıqlarını deyir-VİDEO


Müsavat partiyası Cəlilabad rayonunda, 5 oktyabr 2019

Müsavatçıların sərbəst buraxıldığı deyilir

Oktyabrın 5-də Cəlilabad rayonunda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüş zamanı saxlandığı bildirilən şəxslərin əksəriyyətinin buraxıldığı qeyd edilir.
Müsavat Partiyasından AzadlıqRadiosuna bildirildiyinə görə, fəallardan Hidayət İsmayılov, rayon təşkilatının sədri Azər Əsgər, partiyanın Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Akif Bədirli və Şura üzvü Rüstəm Rüstəmov saxlandıqdan sonra polis şöbəsinə aparılıblar:

"Hal hazırda yalnız Akif Bədirli polisdədir, onun da sərbəst buraxılacağı gözlənilir. Arif Hacılı ilə Cəlilabad rayonunda keçirilən görüşdən qayıdan partiyanın Masallı təşkilatının sədri Allahverdi Rəhimli, sədr müavini Ramiz Abdulla və bir neçə fəal Masallı rayunu ərazisində saxlanaraq, bu rayonun polis şöbəsinə aparılıb. Onlar da sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıblar",deyə partiyanın mətbuat xidmətindən vurğulayıblar.

Bu açıqlamanı da , hələlik, hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb

***

Cəlilabad rayonunda Müsavat Partiyasının üzvlərinə və başqan Arif Hacılıya hücum olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, oktyabrın 5-də rayondakı partiya üzvləri ilə görüş zamanı 20-yə yaxın polis və mülki şəxs toplantı keçirilən yerə gəlib:

"Onlar bizdən toplantını dayandırmasını və otaqdan çıxmağımızı tələb etdilər. Müsavatçılar çıxmaq istəmədilər, mən də polislərin nəzərinə çatdırdım ki, onların partiyaya aid olan tədbiri bu şəkildə dayandırmaq səlahiyyətləri yoxdur. Lakin polis qarşıdurmaya getdi. Bir neçə Cəlilabad müsavatçısı saxlandı. Sonra məlum oldu ki, mənimlə görüşə gələn Masallı müsavatçılarından da polis şöbəsinə aparılan olub".

Cəlilabad rayonunda Müsavat partiyasının toplantısına imkan verilməyib
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

A. Hacılının vurğulamasına görə, Cəlilabad şəhərində avtomobillə hərəkət edərkən onların üstünə avtomobil sürüblər:

"Qırmızı rəngli "Mazda" markalı avtomobildən olduğumuz avtomobilə dəfələrlə yumurta atdılar. Pəncərələrdən hədə-qorxu ilə dolu ifadələr səsləndirdilər. İndi Cəlilabaddan çıxmışıq, Bakıya tərəf gəlirik".

Cəlilabad rayonunda Müsavat partiyasının toplantısına polis müdaxilə edib
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi, Cəlilabad və Masallı rayon polis şöbələrindən münasibət öyrənmək mümkün olmayıb.
Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, Azərbaycanda dinc, sivil siyasi fəaliyyətə heç bir maneə yoxdur.

Xatırlatma

Oktyabrın 4-də Müsavat Partiyası başqanlığına namizədlərdən Yadigar Sadıqlı ilə Tofiq Yaqublu Qəbələ rayonunda görüş keçirmələrinə maneə yaradıldığını açıqlamışdılar.

" Məni Yadigar Sadıqlı ilə birgə polis şöbəsinə apardılar. Xeyli çək-çevirdən sonra bizi rayon ərazisindən çıxardılar", - Tofiq Yaqublu bildirmişdi.

Bundan əvvəl oxşar problem Lənkaranda yaranmışdı. O zaman Müsavat başqanlığına namizəd Yadigar Sadıqlıya evində tədbir keçirməyə imkan verilməmişdi. Bakıdan gələn partiya üzvləri geri paytaxta qaytarılmışdı.

Sentyabrın 29-da isə AXCP üzvlərinin Sabirabadda toplantısına polis imkan verməyib.

Bu barədə məlumatlara hüquq mühafizə orqanlarından hər hansı münasibət almaq mümkün olmamışdı.

Oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirməlidir. Partiya başqanlığına 3 namizəd var. Bular hazırkı başqan Arif Hacılı, partiyanın Divan üzvləri Yadigar Sadıqlı vəTofiq Yaqubludur.

Cəlilabad rayonunda müsavatçıların olduğu avtomobilə yumurta atılıb, 5 oktyabr 2019
Cəlilabad rayonunda müsavatçıların olduğu avtomobilə yumurta atılıb, 5 oktyabr 2019
Polis müsavatçıları görüş keçirdikləri zaldan çıxarır, 5 oktyabr 2019
Polis müsavatçıları görüş keçirdikləri zaldan çıxarır, 5 oktyabr 2019

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG