Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Arif Hacılı atasının evinə polislərin gəldiyini deyir


Arif Hacılı
Arif Hacılı

Mayın 24-də Müsavat Partiyasının başqanı Arif Hacılının Zaqatala rayonunda yerləşən ata evinə polis əməkdaşlarının gəldiyi bildirilir.

AzadlıqRadiosuna bu barədə məlumat verən Ariff Hacılının sözlərinə görə, polisin 7-8 əməkdaşı darvazanı zor gücünə açaraq həyətə daxil olublar və qonşulardan qardaşı Mustafa Hacıbəylinin yerini soruşublar.

Mustafa Hacılı qeyd edib ki, polisin onun ata evinə gəlməsi sabah, mayın 25-nə planlaşdırılan partiyanın yerli təşkilatların konfransı ilə bağlıdır:

“Məlumat aldım ki, Zaqatalanın hakimiyyət strukturları məsələ ilə bağlı ciddi narahat olublar və toplantının atam evində keçirilməsilə bağlı qərar qəbul etdik. Bu barədə hakimiyyət strukturları xəbər tutub və toplantının keçirilməsinə maneçilik törətmək xəttini götürüblər. Bizə irad bildirilib ki, toplantı haqqında yerli icra hakimiyyət orqanlarına məlumat verilməyib və deyilib ki, əgər sabah tədbir keçirilərsə qarşıdurma yaranacaq”.

“Qanunlar pozulub”

Arif Hacılı həmçinin bildirib ki, Zaqatalada yaşayan Müsavat Partiyası üzvlərinə polis təzyiqləri başlanıb.

Müsavat Partiyası başqanı hesab edir ki, polislərin onun atasının evinə gəlməsi bir neçə qanunun pozuntusudur:

“Siyasi partiyalar keçirdikləri toplantılar barədə xəbər verməməlidir, çünki bu toplantılar “Sərbəst toplaşma azadlığı haqqında” Qanunu ilə tənzimlənmir. Bu kütləvi aksiyalar deyil. “Siyasi partiyalar haqqında” Qanuna görə partiyalar toplantılarını keçirməkdə tam müstəqildirlər və polislər bu gün həmin qanunu pozub. Həmçinin onlar mülkiyyət hüququnu pozub, çünki mənim şəxsi mülkiyyətim ərazisinə daxil olublar”.

Arif Haclının açıqlmasına Zaqatala rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.Onların deməsinə görə, heç kəsə dinc, sivil siyasi fəaliyyətinə görə, təzyiq edilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG