Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:32

Argentinada G20 sammiti açılıb


Argentina sammitində Rusiya prezidenti Vladimir Putin və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman yanaşı oturublar
Argentina sammitində Rusiya prezidenti Vladimir Putin və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman yanaşı oturublar

Noyabrın 30-da Argentinada inkişaf etmiş ölkələrin “Böyük iyirmilər” və ya G20 qrupunun illik sammiti işə başlayıb. Təhlilçilər qeyd edirlər ki, sammit Ukrayna və Rusiya arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

ABŞ prezidenti Donald Trump noyabrın 29-da bəyan edib ki, Rusiyanın Ukrayna gəmilərini və dənizçilərini həbs etməsi ilə əlaqədar prezident Vladimri Putinlə nəzərdə tutulmuş görüşünü ləğv edir.

Sammiti giriş nitqi ilə Argentina prezidenti Mauricio Macri açıb və üzv ölkələri beynəlxalq əməkdaşlıq və çoxtərəfliliyə dəstək verməyə çağırırb.

Macri deyib ki, bu forumda başlıca diqqət əmək, infrastruktur, inkişaf, maliyyə sabitliyi, iqlim davamlılığı və beynəlxalq ticarət kimi məsələlərə yönəldiləcək. O əlavə edib ki, bu “insanlara yönəlmiş” gündəlikdir.

Bu arada sammitin açılışında Putin və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman bir-birini hərarətlə salamlayıblar və əl-ələ vurublar.

Bu da qeyd olunmalıdır ki, bu yaxınlarda ABŞ-ın kəşfiyyat orqanları jurnalist Khashoggi-nin qətli üçün əmrin 33 yaşlı şahzadədən alındığı barədə nəticəyə gəliblər.

Səudiyyə bu iddiaları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG