Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Aramco dünyanın ən mənfəətli şirkəti oldu


Səudiyyə Ərəbistanının dövlət neft şirkəti dünyanın ən mənfəətli biznesi olub. Beləliklə Aramco şirkəti 2018-ci ildə əldə etdiyi 111, 1 milyard dollar mənfəətlə Apple şirkətini geridə qoyub.

Saudi Aramco şirkətinin ötən il üçün gəliri 355, 9 milyard dollara çatıb. Bu şirkətin gündəlik neft hasilatı 10, 3 milyon barreldir.

Guardian yazır ki, aprelin 1-də Moody’s şirkətinin İnvestor Xidməti Aramco-nu özünün reytinq cədvəlində Apple şirkətindən yuxarı çıxarıb. Apple 2018-də 59, 9 milyard dollar mənfəət götürüb.

Bu həm də o deməkdir ki, Aramco ötən il 23 milyard dollar mənfəəti olmuş ingilis-holland şirkəti Royal Dutch Shell də daxil bütün rəqiblərinin birlikdə qazandığından dörd dəfə artıq qazanıb. ABŞ-ın Exxon Mobil şirkətinin mənfəəti 21 milyard dollar olub.

Beləliklə Aramco dünyadakı bütün başqa şirkətləri kölgədə qoyub, lakin eyni zamanda planetin ən qapalı firması olaraq qalır.

Aramco dünyanın ən böyük neft təchizatçısıdır və Səudiyyənin az qala bütün neft ehtiyatlarına sahibdir.

Səudiyyə Ərəbistanı əvvəlcə şirkəti birja qiymətləndirməsinə çıxarmağı planlaşdırırdı. Aramco təxminən 2 trilyon dollar qiymətləndirilirdi. Bu, Apple şirkətinin qiymətindən iki dəfə çoxdur.

Lakin Riyad, şirkəti bazara çıxarmaq planlarını sonradan təxirə salıb.

Aramco şirkətinin mənfəətinin 10 milyard dollardan çoxu xarici investorlara satılan bondlardan alınıb. Aramco bu vəsaitin köməyi ilə rəqibi Sabic şirkətini almağı planlaşdırırdı. Sabic-in bazar qiyməti 69, 1 milyard dollardır.

Buna baxmayaraq Moody’s Aramco şirkətinə mümkün olan ən yüksək reytinqi – Aaa reytinqini verməyib. Onun hazırkı reytinqi Səudiyyə dövlət neft fondunda olduğu kimi A1-dir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG