Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:13

Qarabağ separatçılarının başçısı: ‘Düşmən Şuşanın uzağı 5 kilometrliyindədir...’


Araik Arutyunyan
Araik Arutyunyan

Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan soydaşlarını Şuşa şəhərinin müdafiəsinə gəlməyə çağırıb.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə Arutyunyan deyib ki, Azərbaycan qüvvələri Şuşa istiqamətində ciddi hərbi resursları cəmləşdirirlər.

O oktyabrın 29-da etdiyi müraciətdə bildirir:

“1992-ci ildə bizim müzəffər yürüşümüz Şuşanın azad edilməsindən baюlandığı kimi, bugün də bizim qələbəmizi Şuşanın müdafiəsi şərtləndirir”.

Araik Arutyunyanın sözlərinə görə Azərbaycanın hərbi birləşmələri Şuşa şəhərinə yaxınlaşıb:

“Düşmən cəmi bir neçə kilometrlikdə, ən uzağı 5 kilometrlik məsafədədir və onun məqsədi Şuşanı tutmaqdır. Məlumdur ki, Şuşa kimdədirsə, Artsax (Dağlıq Qarabağ) da ondadır. Mən istərdim ki, bunu hamımız dərk edək. Təkcə sözdə dərk etməyək. Şuşanın müdafiəsində birbaşa iştirak edək”.

Separatçı rejimin başçısı daha sonra bildirir:

“Artsaxın ali baş komandanı kimi mən bir daha çağırış edirəm: birləşin, gəlin birlikdə Şuşamızı, Artsaxımızı, milli ləyaqətimizi müdafiə edək”.

Arutyunyan bildirir ki, onun bu müraciəti “panika deyil və o, əksinə qələbəyə hər vaxt olduğundan artıq inanır”.

Azərbaycanın hərbi komandanlığı Arutyunyanın çağırışı ilə bağlı heç bir şərh verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG