Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:47

Ayvazyanı ‘əsirlər’ məsələsinin həllini əngəlləməkdə ittiham edirlər


Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan
Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin keçmiş xarici işlər naziri Ara Ayvazyanı Azərbaycanın əsirləri qaytarması prosesini əngəlləməkdə ittiham edib.

Qriqoryan bu bəyanatı iyunun 22-də AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna müsahibəsində səsləndirib:

“Mayın 27-ə qədər əsirlər məsələsi uzun müddət idi ki, həll olunmurdu. Amma cənab Ayvazyan istefa verəndən sonra məsələ tez həll olundu. Cənab Ayvazyan vəzifə adamı olanda partnyorlarımıza deyirdi ki, “biz minalanmış sahələrin xəritəsini artıq vermişik, bizdə daha xəritə yoxdur”. Cənab Ayvazyan istefaya gedəndən sonra bu məsələni həll etmək üçün imkan yarandı”.

“O gedəndən sonra məsələ iki həftəyə həll olundu”

Qriqoryanın sözlərinə görə Ayvazyan nəinki yalan danışırdi, o əsirlərin qaytarılması prosesini əngəlləyirdi:

“O Ermənistanın təhlükəsizliyi məsələlərini həll etmək həvəsində deyildi. Onun daha çox bizim siyasi komandamız üçün problemlər yaratmaq istəyi vardı. O vəzifəsini, necə deyərlər döyüş meydanında olduğu bir vaxtda tərk etdi. O bizim problemləri həll etmək imkanlarımızı sabotaj edirdi”.

Ermənistan Milli Təhlükəsizlik Şurasının klatibi daha sonra deyib:

“Sizdə belə bir sual yaranmırmı ki, problem uzun müddət həll olunmurdu, aylarla həll olunmurdu. Amma o istefaya gedəndən, danışıqlarda iştirakını dayandırandan iki həftə sonra məsələ həll olundu”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG