Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:20

'Aqrolizinq'ə ayrılan milyonlardan dizə qədər palçıqda çəltik əkənlərə nə düşür? [video]


Prezident 160 milyon ayırdı. Bundan kəndliyə nə çatır?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Prezident 160 milyon ayırdı. Bundan kəndliyə nə çatır? [video]

Azərbaycan kəndlisi əkin əkməyə texnika tapa bilirmi?

Məsələn, bir Azərbaycan kəndi təsəvvür edin ki, aprel ayında qadınlar günün səkkiz – doqquz saatını çırmanıb suya girirlər- düyü əkirlər. Astaranın Artupa kəndinin fermeri Mehman Quliyev sonra deyir ki, 500 hektara qədər çəltik əkən kəndin Sovet dövründən qalma iki traktoru var:

“Aprel may ayları soyuqdur, qadınlar girirlər suya xəstələnirlər. Ona görə hamı getmək istəmir. Ona görə çox çətindir. Texnika olsa, başqa cür olar. İndi 21-ci əsrdir”.

Mehman Quliyev deyir ki, “Aqrolizinq” şirkətinə dəfələrlə müraciət ediblər, amma orda belə cavab alıblar ki, əkin sahəsi böyük olmadığına görə onlara texnika verə bilməzlər.

Astara. Çəltik əkən qadın. May2013
Astara. Çəltik əkən qadın. May2013

Buna da bax: 'Aqrolizinq' ASC-yə 160 milyon manat ayrılıb

Fermer deyir ki, texnika olarsa, xərcləri də az çıxar, məhsuldarlığı da artırarlar.

Prezident İlham Əliyev isə fevralın 23-də, dövlət şirkəti “Aqrolizinq”ə texnika alınması üçün 160 milyon manat ayırıb.

Artupanın başqa fermerləri də deyirlər ki, onların texnikaya ehtiyacı çoxdur:

“Bizdə hazırda olan texnikadan istifadə etmək mümkün deyil”.

“Xahiş edirik, bizə bir press versin, bir dənə traktor versin. Bu iki şeyə çox ehtiyacımız var”.

Fermerlər şikayət etsələr də, зrezident İlham Əliyev keçən il sentyabrın 3-də deyib ki, çəltikçilik tam avtomatlaşdırılıb:

Çəltik sahəsində çalışan qadın. Astara, iyun2017
Çəltik sahəsində çalışan qadın. Astara, iyun2017

Buna da bax: Pambıqçılıq ümidləri doğrultmasa da...

"Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı".

İlham Əliyev deyib ki, Azərbaycan 2016-cı ildə xaricdən 48 min ton düyü alıb və buna görə, xaricə 37 milyon dollar göndərib. O bildirib ki, yerli çəltikçiliyi inkişaf etdirmək lazımdır.

Müstəqil təhlilçilər isə deyirlər ki, fermer təsərrüfatlarını inkişaf etdirmək üçün sistemi dəyişmək lazımdır. Bir azdan bu mövzuya yenidən qayıdacağıq, hələlik günün başqa xəbərlərinə keçək.

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

“Aqrolizinq” texnikanı neçəyə alır, neçəyə satır? Bu suala gün ərzində cavab almaq mümkün olmadı, qurumdan telefon zənglərimizə cavab vermədilər.

Bəzi yerli media saytları “Aqrolizinq”in texnikasının baha, keyfiyyətsiz olması barədə məqalələr yazıblar.

Sosial və İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov
Sosial və İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov

Sosial və İqtisadi İnkişaf Mərkəzinin tədqiqatçısı Rəşad Həsənov deyir ki, dövlət dəstəyi, güzəşti olmasa, kəndli ümumiyyətlə fəaliyyət göstərə bilməz, amma bu dəstəyə də nəzarəti artırmaq lazımdır:

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

"Təkcə vəsaitlərin alınması ilə məsələ bitmir. Dövlət qurumları, fermerlər, ictimai təşkilatlar gərək bu vəsaitlərin necə xərclənməsinə nəzarət etsin".

Bakı sakinlərini də müzakirəyə qoşmuşuq, onlardan soruşmuşuq ki, sizcə, Azərbaycanda fermerlərin ən böyük problem nədir?:

Fermerin birinci problemi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə araşdırmaçısı Vahid Məhərrəmov deyir ki, “Aqrolizinq” dövlət şirkəti bazara qiymət diktə edir, sahibkarlar onunla rəqabət apara bilmir, sahibkarlara imkan vermək lazımdır ki, fermerlərin gücü çatacaq qiymətə texnika gətirsinlər. Onun sözlərinə görə, fermerlərin texnikaya ehtiyacı elə çoxdur ki, dövlət büdcəsindən ayrılan subsidiyalarla bunu ödəmək olmayacaq.

Buna da bax:​ Fermer: 'Prezident deyib, əkinçiliyi inkişaf etdir, deməyib ki, heyvandarlığı məhv elə'

2014-cü ilin sonundan, neft ucuzlaşmağa başlayandan sonra, hökumət kənd təsərrüfatının inkişafına daha çox diqqət ayırdığını bildirib, çayçılığın, çəltikçiliyin, sitrus meyvələrinin inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib. Amma tənqidçilər bu son 3 ildə həmin proqramların hesabına hökumətin ölkədə neftdən kənar sahələrdə ciddi dəyişikliyə nail ola bilmədiyini, ölkənin hələ də ərzaq idxalından hədsiz asılı olduğunu deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG