Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:18

‘Aprel müharibəsindən’ iki il ötür...


Rusiya Ermənistana yenə silah verir: Silah yarışı Qarabağa nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Rusiya Ermənistana yenə silah verir: Silah yarışı Qarabağa nə vəd edir?

Aprel döyüşlərindən iki il ötür. Dördgünlük müharibə kimi ciddi toqquşmaların yenə də təkrarlanması ehtimalı varmı? Üstəlik tərəflər də silahmaqda davam edir. Bu günlərdə isə Rusiya Ermənistana silah almaq üçün 100 milyon dollarlıq kredit ayırıb.

Rusiyanın bu addımı münaqişənin həllinə necə təsir göstərə bilər?

Aprel döyüşlərindən sonra tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılığı əldə etmişdilər. Amma ondan sonra tərəflər bir neçə dəfə yüksək səviyyəli görüşlər keçirsələr də hələlik bir nəticə yoxdur.

Bu günlərdə Rusiya Ermənistana yeni müqavilə əsasında silahlar verəcəyini açıqlayıb. Bu haqda jurnalistlərə aprelin 1-də Rusiyanın Hərbi-Texniki əməkdaşlıq üzrə federal xidmətinin direktor müavini Vladimir Drojjov bildirib. Kredit 15 illiyə 3 faizlə verilir.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, Yerevan Rusiyadan "strateji önləmə silahları" almağa çalışır.

Millət vəkili Rasim Musabəyov düşünür ki, Ermənistanın rusiyadan alacağı yeni silahlar hərbi balansı dəyişə bilməyəcək, amma ümimilikdə münaqişənin həllinə mənfi təsir göstərəcək:

"Azərbaycan öz puluna 5 dəfə, bəlkə də 10 dəfə daha çox silah almaq iqtidarındadır. Özü də təkcə Rusiyadan yox, İsrail, Türkiyə və Pakistan, Ukrayna bazarından silah ala bilər. Azərbaycan öz hərbi-texniki üstünlüyünü təmin etmək iqtidarındadır. Amma təbii ki, Rusiyanın kredit adı ilə Ermənistana verdiyi müftə silahlar vəziyyətə mənfi təsir göstərəcək".

Rasim Musabəyov düşünür ki, münaqişənin yenidən alovlanması riski olduqca yüksəkdir.

Qarabağda münaqişənin sülh yolu ilə həlli imkanları hələ də qalırmı?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Atlas araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə münaqişənin qısa bir zamanda sülh yolu ilə həllini real saymır. O düşünür ki, münaqişə istənilən an qızışa bilər:

"2016-cı ilin aprelində heç kim gözləmirdi ki, döyüşlər ola bilər. Ermənistan tərəfindən təxribat ediləndə heç Azərbaycan prezidenti Bakıda deyildi. O Vaşinqtonda rəsmi səfərdə idi. Prezident rəsmi səfərdə ola-ola müharibə başladı. Bu ondan xəbər verir ki, belə bir əməliyyat öncədən düşünülməmişdi və anidən baş verdi. Münaqişənin həlli ilə bağlı danışıqlar gedirdi amma heç bir nəticə yox idi. Eyni situasiya indi də davam edir. Danışıqlar aparıldığı bildirilir amma nəticə yoxdur və cəbhə bölgəsində gərginlik var. Yəni hər an kiçik bir qığılcım növbəti lokal toqquşmalara gətirib, çıxara bilər".

XS
SM
MD
LG