Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:53

Apellyasiya Məhkəməsi də Əli Kərimliyə 'yox' dedi


Əli Kərimli polisdən buraxıldı: Səhv anlaşılma olub
Gözlə

No media source currently available

0:00 0:06:45 0:00

Əli Kərimli polisdən buraxıldı: Səhv anlaşılma olub

AXCP sədri Əli Kərimli xeyriyyə marafonunda iştirak edərkən tutulub polis idarəsinə aparılması, təxminən iki saat orada saxlanmasının hüquqlarının pozulması kimi qiymətləndirilməsində israrlıdır. Binəqədi Rayon Məhkəməsi təxminən 10 gün öncə onun bu barədə ərizəsini təmin etməmişdi. Partiya lideri həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində də bu məsələ araşdırılıb. Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

«Bu şikayət məhkəmə nəzarəti qaydasında verilmişdi. Ona görə apellyasiya məhkəməsi də şikayətə qapalı iclasda baxıb. Qanuna görə, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlər üçün ölkə daxilində sonuncu instansiya apellyasiya məhkəməsi sayılır. Yəni, belə işlərdə Avropa Məhkəməsinə şikayət etməkdən ötrü Ali Məhkəməni də keçməyə ehtiyac yoxdur. Ona görə yaxın vaxtlarda bu işlə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək», - partiyadan verilən məlumat belədir.

Xatırlatma

Ə.Kərimli iyunun 28-də Müsavat Partiyasının qərargahında keçirilən xeyriyyə marafonu vaxtı saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Heç bir qanun pozuntusu törətmədiyini, lakin iki saatdan artıq polis idarəsində saxlandığını deyən Ə.Kərimli iddia edir ki, bununla da onun bir sıra hüquq və azadlıqları pozulub.

Əli Kərimli: '8 il İlham Əliyevə salam vermədim'
Gözlə

No media source currently available

0:00 0:29:29 0:00

«Repressiya və İşgəncələr Əleyhinə Komitə bir həftə öncədən media vasitəsilə məlumat vermişdi ki, sərbəst toplaşmaq imkanlarından istifadə edərkən cəzalandırılan insanların cərimələrinin ödənilməsində kömək üçün xeyriyyə marafonu keçiriləcək. Tədbir başlanana qədər heç bir dövlət orqanı buna irad bildirməmişdi. Mən də gedib ianə vermişəm. Həmin vaxt Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Vüsal Axundov və başqa polislər heç bir rəsmi qərar və əsas olmadan məni saxlayaraq, polis idarəsinə aparıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq, hökumətə yaxın media haqqımda həqiqətəuyğun olmayan məlumatlar yayıb», – Ə.Kərimli məhkəməyə ərizəsində yazıb.

Ə.Kərimlinin istəyi odur ki, baş verənlər Avropa Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 11 (yığıncaqlar və birləşmək hüququ), 14 (ayrıseçkiliyin qadağan olunması) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusu hesab olunsun.

AXCP sədri saxlandığı gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu barədə birgə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, Ə.Kərimli Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar polis idarəsinə dəvət olunub: «Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısının bundan sonra da qanuni qaydada alınacağı, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG