Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 22:14

V.Mahirqızı: 'Saytların fəaliyyətini şirkətin özü dayandırıb'


V.Mahirqızı
V.Mahirqızı

«APA Holdinq» MMC-nin rəhbəri Vüsalə Mahirqızı avqustun 1-dən şirkətə daxil olan saytların girişinə məhdudiyyət yaranmasına münasibət bildirib.

V.Mahirqızı Facebook səhifəsində yazıb ki, hazırda saytların fəaliyyətini şirkətin özü dayandırıb: «Müəyyən problemlər yarandığına görə «APA Holdinq»ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək».

V.Mahirqızının üzü telefon zənglərinə isə cavab vermədiyindən, məsələ ilə bağlı əlavə məlumat almaq mümkün deyil.

Xatırlatma

Avqustun 1-i axşam saatlarından «APA Holdinq» MMC-yə daxil olan APA, Lent.az və APA Sport kimi bir sıra agentliklərə girişdə məhdudiyyət yaranıb.

Həmin məhdudiyyət yaranmazdan az öncə APA agentliyi bir təkzib yaymışdı. Orada bildirirdi ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib. Təkzibdə vurğulanırdı ki, dövlət başçısının «Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq» sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq «Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik» kimi təqdim edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG