Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Milli antidopinq təşkilatları Rusiya barəsində ‘ölçü götürülməsinə’ çağırırlar


WADA-nın prezidenti Craig Reedie
WADA-nın prezidenti Craig Reedie

16 ölkənin milli antidopinq təşkilatları Dünya Antidopinq Agentliyindən (World Anti-Doping Agency - WADA) ona dekabrın 31-dək verilmiş müddətdə özünün antidopinq laboratoriyasının məlumatlarını açıqlamadığına görə Rusiya barədə tədbir görülməsinə çağırıb.

Yanvarın 2-də verilmiş bu bəyanatı ABŞ və daha 15 ölkənin antidopinq təşkilatı imzalayıb. Bəyanatda deyilir:

"İdman tarixində ən pis dopinq qalmaqalı barədə üç ildən də uzun müddətdə aparılmış araşdırma, qərarsızlıq və kompromisdən sonra Dünya Antidopinq Məcəlləsinin hər hansı bir üzv ölkə tərəfindən pozulmasının yolverilməzliyinin nümayiş etdirilməsinin vaxtı çatmışdır”.

Bu bəyanatdan bir gün əvvəl WADA-nın prezidenti Craig Reedie demişdi ki, o Rusiya rəsmilərinin onlara verilmiş son zaman həddini ötürməsindən “dərin məyusluq” keçirir.

O bunu da bildirib ki, WADA-nın Yoxlama və Nəzarət Komitəsi (Compliance and Review Committee) vəziyyəti müzakirə etmək üçün yanvarın 14-də toplanacaq. Bu müzakirənin nəticəsi olaraq Rusiya Antidopinq Agentliyinin (RUSADA) hərəkəti barədə müvafiq tövsiyələr qəbul olunacaq.

Milli antidopinq təşkilatının bəyanatında deyilir ki, “vəziyyətin ciddiliyi Rusiyaya mütləq olaraq əlavə iki həftə vaxt verilməsinə haqq qazandırmır”.

RUSADA-nın akkreditasiyası 2015-ci ildə, WADA-nın hesabatında Rusiyanın idman sahəsində dövlət tərəfindən maliyyələşdirilən dopinqləmə proqramının həyata keçirildiyi iddia ediləndən sonra ləğv olunub.

Rusiyanın akkreditasiyası sentyabrda şərti olaraq bərpa edilmişdi. Rusiyaya belə bir güzəşt edilməsi başqa ölkələrin idman rəsmiləri tərəfindən kəskin tənqid olunurdu.

Əgər RUSADA-nın akkreditasiyası bir dəfə də ləğv edilərsə, Rusiya idmançıları gələcək Olimpiya Oyunlarında iştirakdan məhrum edilə bilərlər.

Belə görünür ki, bu məsələ ətrafında Rusiyanın özündə ciddi fikir ixtilafları mövcuddur.

Rusiyaya verilmiş son möhlətə az qalmış RUSADA-nın rəhbəri Yury Ganus prezident Vladimir Putini bu məsələyə müdaxilə etməyə çağırmışdı.

Dopinqlə bağlı informasiyaların hazırda federal İstintaq Komitəsinin sərəncamında olduğu düşünülür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG