Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Anthony Hopkins yeni filmdə Mike Tyson-un məşqçisini oynayacaq


Mike Tyson əvvəlcə pərəstiş olunan döyüşçüyə, daha sonra ziddiyyətli fiqura çevrilib
Mike Tyson əvvəlcə pərəstiş olunan döyüşçüyə, daha sonra ziddiyyətli fiqura çevrilib

Görkəmli aktyor Anthony Hopkins boksçu Mike Tyson-un əfsanəvi məşqçisi Cus D'Amato haqda çəkilən "Cus And Mike" filmində baş rolu oynayacaq. Film Cus D'Amato-nun Mike Tyson-u yetişdirməsi, onu tarixdə ağır çəki kateqoriyasında ən gənc çempion səviyyəsinə qaldırması haqdadır. Tyson həm də öz nəslinin ən güclü boksçularından biridir.

"Patriot Pictures" studiyası tərəfindən çəkiləcək film rejissor Nick Cassavetes-ə həvalə edilib. 2004-cü ildə çəkilmiş "The Notebook" və 2002-ci ildə çəkilmiş "John Q" filmlərinin müəllifi olan Nick Cassavetes yeni filmin həm rejissoru, həm də ssenari müəllifi olacaq. Film Desmond Nakano-nun orijinal ssenarisi və Montieth Illingworth-un "Mike Tyson: Money, Myth, and Betrayal" kitabı əsasında çəkiləcək.

Rejissorların çoxdankı hədəfi

Filmin çəkilişlərinə bu ilin yazı, yaxud yayında başlanacağı gözlənilir.

Filmdə sərt, lakin məharətli Cus D'Amato-nun çətin xarakterli yeniyetmə Tyson-a bir növ atalıq etməsi təsvir olunur. Gənc Tyson üçün axtarışlar davam edir. Bildiyimiz kimi, Tyson əvvəlcə pərəstiş olunan döyüşçüyə, daha sonra isə ziddiyyətli fiqura çevrilib. 1985-ci ildə dünyasını dəyişən D'Amato Tyson-dan başqa Floyd Patterson və José Torres-in də məşqçisi olub. O, uzun zamandan bəri kinematoqrafçıların maraq dairəsində idi.

Son illərdə Martin Scorsese, Jamie Foxx və Terence Winter birlikdə bu məşqçi-boksçu hekayəsinin film versiyasını yaratmağa çalışıblar. Bu filmdə Mike Tyson rolunu 49-yaşlı aktyor Jamie Foxx oynamalı idi. Foxx 2005-ci ildə "Ray" filmində müğənni Ray Charles roluna görə Oskar mükafatına layiq görülüb.

Çəkilişinə ötən il başlanmış, hələ hazırlıq mərhələsində olan "Cornerman" filmində isə Cus D'Amato-nu Bruce Willis canlandırır. Bu filmin rejissoru Rupert Friend-dir.

HBO kanalının 1995-ci ildə çəkdiyi "Tyson" filmində isə D'Amato-nu George C.Scott canlandırıb. Bu filmi rejissor Uli Edel çəkib.

"Arzularımın ssenarisidir"

Beş dəfə Oskar mükafatına namizəd olmuş Anthony Hopkins ötən il ekrana çıxmış "The Two Popes" və bu ilin noyabrında çıxacaq və "Sandens" kino festivalında göstəriləcək "The Father" filmlərindəki gözəl işinə görə çox müzakirə olunur.

"Cus and Mike" filminə "Patriot Pictures" studiyasının "Running With The Devil" filminin prodüserləri olmuş Michael Mendelsohn və Jim Steele prodüserlik edəcək.

Michael Mendelsohn həm də "Synchronic" filminin prodüseri olub. Ona məxsus "Union Patriot Capital Management" şirkəti filmin çəkilişini tam maliyyələşdirir. Filmin icraçı prodüserləri isə Natalie Perrotta və Todd Smith olacaq.

Cassavetes film haqda belə deyib: "Bu mənim arzularımın ssenarisidir. Mənim hər zaman qəhrəman saydığım iki şəxs, Cus D'Amato və tarixdə yaşamış ən güclü döyüşçü Mike Tyson haqqında filmdə Ser Anthony ilə birlikdə işləmək imkanı? Özü də ata fiqurunun çox erkən yoxa çıxması haqda hekayədə? Mən cənnətdəyəm. Çox şadam ki, mənim Mike Mendelsohn və "Patriot Pictures"lə ilk filmim məhz budur. Bu film tarix yazacaq…".

"Ser Anthony Hopkins mükəmməl, qeyri-adi bir peşəkardır, istedaddır. Nick Cassavetes əsl gəlirli film ustası, istedadlı yazıçı, rejissor və dostdur… Arzular çin olur. Çox sağ olun, cənablar", – Prodüser Michael Mendelsohn deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG