Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:27

Ansi festivalında hansı filmlər göstəriləcək


Ansi animasiya filmləri festivalı
Ansi animasiya filmləri festivalı

Fransanın Ansi şəhərində keçirilən beynəlxalq animasiya filmləri kinofestivalı dünyada ən qədim kinofestivallardan biridir. O, eyni zamanda, mövcud olan dörd animasiya festivalından biridir. Kinofestival hələ 1960-cı ildə, tammetrajlı animasiya filmi üçün «Oskar» mükafatının təsis olunmasından və animasiyanın kino birliyi tərəfindən qəbul edilməsindən xeyli əvvəl yaranıb.

- 1932-ci ildə ən yaxşı qısametrajlı animasiya filmi üçün mükafat təsis edilib. Ancaq 1989-cu ilədək bu mükafat rejissora deyil, studiyaya təqdim edilirdi.

- 1939-cu ildə Walt Disney-in «Ağbəniz və yeddi cırtdan» filmi animasiya sahəsində novatorluq və böyük nailiyyətlərə görə «Oskar»ın xüsusi mükafatına layiq görülür. O zaman 10-yaşlı aktrisa Shirley Temple multiplikatora səkkiz «Oskar» təqdim edir: biri böyük, yeddisi balaca. Sonralar «Dovşan Roceri kim aldatdı»«Oyuncaq əhvalatı» filmləri üçün də oxşar mükafatlar təqdim olunub.

- 2002-ci ildə ilk dəfə ən yaxşı tammetrajlı animasiya filmi üçün mükafat təsis edilib. İlk mükafatı da William Steig-in kitabı əsasında çəkilmiş «Şrek» filmi qazanıb.

Bu zaman Fransada, Alp dağlarının arasında, gölün üzərində yerləşən balaca Ansi şəhərciyində artıq yarım əsr idi ki, animator rejissorlara mükafatlar verilirdi. Festivalı animatorlar Pierre Barbin, Andre Martin və Michel Beauvais yaradıblar. 1956-cı ildə onlar Kann kinofestivalında animasiya günləri təşkil ediblər. 1960-cı ildə isə Ansidə öz festivallarına başlayıblar.

Bəs 2019-cu ildə Ansi kinofestivalında hansı animasiya filmləri nümayiş olunacaq?

«Bunyuel tısbağalar labirintində» (Buñuel en el laberinto de las tortugas). Rejissor Salvador Simo Busom

Kinoda sürrealizmin banilərindən biri sayılan ispan rejissoru Luis Buñuel 1929-cu ildə «Andalusiya köpəyi» filmi ilə ilk debütünü edib. O zaman o əvvəlcədən qalmaqala hazırlaşmışdı. Ancaq qalmaqal baş vermədi. Hərçənd, qalmaqal Buñuel-i növbəti il haqladı. Onun «Qızıl əsr» filminin nümayişi «Vətənpərvərlər liqası» və «Antiyəhudi liqası» tərəfindən pozuldu. Bu iki ultrasağ qruplaşma pis qoxulu bombalar partladır, «yəhudilərə ölüm» deyə bağıraraq tamaşaçıları döyürdü. Bunun ardınca polis açıq-saçıq səhnələrin filmdən çıxarılmasını tələb etdi, daha sonra isə filmin nümayişini yerli-dibli yasaqladı. Mətbuat rejissoru daha nələrdə ittiham etmədi: pornoqrafiyadan tutmuş bolşevizm çalışmalarına qədər.

O zaman Buñuel-dən hamı üz döndərdi: prodüserlər, mesenatlar və hətta filmin həmmüəllifi Salvador Dali belə. «Bunyuel tısbağalar labirintində» rejissorun ömrünün depressiya və səfalət içində olan dövrünü təsvir edir. O zaman onu heykəltəraş Ramon Acín xilas edir. Acín təsadüfən lotereyada pul udmuşdu. Buñuel bütün pulları sənədli filmə xərcləyir. İspaniyanın ən yoxsul Las-Urdes bölgəsi haqda «Çörəksiz torpaq» filmini çəkir.

«Mən bədənimi itirmişəm» (J'ai perdu mon corps). Rejissor Jeremy Clapin

Qısametrajlı animasiya filmlərinə görə Kannda «Sezar» və «Tənqid həftələri» mükafatlarını qazanmış Jeremy Clapin «Ameli» filminin ssenaristi Guillaume Laurant-ın romanını ekranlaşdırmaq qərarına gəlib. Tamaşaçı şüurlu, kəsilmiş qolun öz bədənini axtardığı təhlükəli səyahətə çıxır. Bu qorxunc Odisseya eyni zamanda həm zombilər haqda filmləri, həm Qoqolun «Burun» əsərini, həm də fransız melodramını xatırladır.

Biz ev heyvanlarının da, oyuncaqların da, hətta ev əşyalarının da (uşaqlıqdan xatırladığımız «Fedoranın dərdi» sovet multiplikasiya filmi) qayıdışını görmüşük. Ancaq etiraf etmək lazımdır ki, bədən hissəsi haqda tammetrajlı animasiya filmi çox üzücü süjetdir. «Mənim qarşımda böyük bir vəzifə dururdu: sifəti olmayan bir şeyə qarşı empatiya yaratmaq», - J.Clapin deyir.

«Kabilin qaranquşları» (The Swallows of Kabul). Rejissor Zabou Breitman

Əlcəzairli yazıçı Yasmina Khadra-nın eyniadlı əsəri əsasında çəkilmiş filmdə hadisələr 90-cı illərin Əfqanıstanında cərəyan edir. Kitabın özü Dublin ədəbiyyat mükafatına namizəd göstərilib.

«Kabilin qaranquşları» iki cütlüyün həyatı haqdadır. Baqqal Mohsen-i taliblər müflis edib, indi o işsizdir. Həyat yoldaşı Zunaira isə müəllimədir. O, üzünü bağlamağa və evdən tək çıxmamağa məcburdur. Onların dünyasına həbsxana gözətçisi Atiq və onun arvadı Musarrat daxil olur. Atiq taliblərin ideologiyasını səmimi qəbul edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG