Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:49

ANS külli miqdarda cərimələndi


-

ANS Müstəqil Yayım və Media Şirkəti cərimələnib, Space televiziyasına isə xəbərdarlıq edilib.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) AzadlıqRadiosuna verilən məlumata görə, ANS ümumilikdə 161 min manat məbləğində cərimə edilib.

Səbəb kimi “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” qanununun 35.4-cü maddəsi və “Reklam haqqında” qanunun 20.4-cü maddəsinin tələblərini pozduğu göstərilir.

Şura bundan əvvəl də ANS-i cərimələyib.

Həmçinin, Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilib, həmin verilişlərin milli-mənəvi dəyərlərə, efir mədəniyyətinə zidd olduğu, tamaşaçıların haqlı narazılığına səbəb olduğu deyilib.

Həmin verilişlərdə teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG