Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 06:20

Rusiya Anqola peykinin ‘tapıldığını’ xəbər verib


AngoSat orbitə Rusiyanın Zenit raketi ilə çıxarılıb

Rusiyanın kosmik agentliyi bildirib ki, Anqolanın telekommunikasiya peyki ilə rabitə bərpa olunub. Bu peyk Rusiyanın daşıyıcı raketi ilə Qazaxıstanındakı Baykonur kosmodromundan fəzaya göndərilib.

Roskosmos nümayəndəsi dekabrın 28-də Interfax agentliyinə deyib ki, “peykdən telemetrik məlumatın alınması bərpa olunub” və peyk nəzərdə tutulmuş orbitinə çıxaraq Yer ətrafında dövrə vurmağa başlayıb.

Rusiyanın lisenziya ilə işlətdiyi Baykonur kosmodromundan dekabrın 26-da buraxılan peyk onu daşıyan raketdən dekabrın 27-də ayrılmışdı.

Lakin az sonra Roskosmos bildirmişdi ki, Angosat-1 peykindən gələn siqnallar itib. Bu Angolanın Yer orbitinə çıxarılan ilk milli peykidir.

TASS xəbər agentliyinin Roskosmosdakı mənbəyə istinadən verdiyi məlumatda deyilir ki, peyklə kommunikasiya onun Günəş batareyaları olan qanadları açıldıqdan sonra bərpa olunub.

Tam istifadəyə verildikdən sonra AngoSat Anqola və başqa cənubi Afrika ölkələri üçün televiziya siqnallarını ötürəcək və başqa telekommunikasiya xidmətləri göstərəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG