Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Ankara və Moskva Qarabağ müzakirəsini davam etdirirlər


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan

Oktyabrın 27-də Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Erdoğan arasında telefon söhbəti olub.

Kremlin saytında dərc edilmiş məlumatda Erdoğanın Putinə zəng etdiyi qeyd olunur.

Xəbər verilir ki, bu söhbət zamanı iki prezident Suriya istiqamətində qarşılıqlı fəaliyyəti detallı şəkildə müzakirə ediblər.

Liderlər Suriya münaqişəsinin siyasi tənzimlənməsi barədə fikir mübadiləsi ediblər.

Söhbət zamanı Astana prosesinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyətindən danışılıb, Liviyadakı vəziyyət də müzakirə olunub.

Bu iki ölkədə Moksva və Ankara qarşı duran tərəfləri dəstəkləyirlər.

Kremlin məlumatında deyilir ki, Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi zamanı Rusiya tərəfindən davam etməkdə olan hərbi əməliyyatlardan dərin narahatlıq ifadə edilib.

Ermənistana silah haradan verilir: Bakı və Yerevanda ekspertlərin izahı
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Yenə də "xarici muzdlular" söhbəti

Bu da qeyd olunur ki, Moskva bu münaqişəyə “Yaxın Şərqdən olan terrorçuların” cəlb edilməsindən narahatdır.

Azərbaycan tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə xarici muzdlulardan istifadə etdiyinə dair iddiaları uydurma adlandırır, əksinə erməni tərəfinin Yaxın Şərqdən olan ekstremistləri münaqişəyə cəlb etdiyini bildirir.

Söhbət zamanı Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqələri barədə məlumatlandırıb.

Kreml bildirir ki, Erdoğan və Putin bu məsələdə iki ölkənin xarici siyasət idarələrinin, müdafiə nazirlərinin, habelə xüsusi xidmət orqanlarının koordinasiyanın yaradılması barədə razılığa gəliblər.

Xarici işlər nazirləri də danışıblar

Rusiyanın REGNUM agentliyinin verdiyi məlumata görə oktyabrın 27-də habelə Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey LavrovMevlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu söhbət zamanı da Liviya, Suriya və Qarabağ məsələlərinin müzakirə olunduğu xəbər verilir.

Xəbərdə deyilir ki, “Qarabağdakı müharibəyə gəlincə, Moskva və Ankara problemin sülh yolu ilə həllinə alternativin olmadığını, atəşin dərhal dayandırılmasının və Minsk qrupu tərəfindən işlənmiş mexanizmlər çərçivəsində danışıqlara başlanmasının zəruriliyini vurğulayıblar”.

Məlumatda deyilir ki, “xarici döyüşçülərin cəlbi ilə böhranın beynəlmiləlləşdirilməsinin yolverilməzliyi xüsusilə qeyd olunub”.

Bu arada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov oktyabrın 27-də keçirdiyi brifinqdə Türkiyənin Dağlıq Qarabağ tənzimləməsində iştirakının mümkünlüyü barədə suala cavab verib.

O deyib ki, istənilən ölkənin Dağlıq Qarabağ tənzimləməsinə cəlb edilməsi Azərbaycan və Ermənistanla razılaşdırıldıqdan sonra mümkün ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG