Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Ankara bildirir ki, Suriyaya görə Moskva ilə heç bir fikir ayrılığı yoxdur


Mevlut Çavuşoğlu
Mevlut Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, Ankaranın Suriyanın şimalındakı Afrin regionunda apardığı hava və quru əməliyyatına görə Rusiya və Türkiyə arasında heç bir fikir ayrılığı yoxdur.

Türkiyə kod adı “Zeytun budağı” olan hücum əməliyyatını Afrindəki kürd YPG birləşmələrinə qarşı iki həftə bundan əvvəl başlayıb.

Rusiya Suriya prezidenti Bashar al-Assad-ın bu münaqişədəki başlıca müttəfiqidir və Türkiyə hava əməliyyatına başlamaqdan ötrü Moskvanın razılığını alıb.

Çavuşoğlu TGRT Haber telekanalına deyib ki, bu məsələdə Moskva və Ankara arasında heç bir fikir ixtilafı mövcud deyil və hər iki tərəf bir-birini mütəmadi olaraq məlumatlandırır.

O habelə bildirib ki, Türkiyə Suriyanın İdlib regionunda altıncı müşahidə postunun tikintisini başa çatdırıb.

Tehran və Moskva arasında əldə olunmuş razılaşmaya əsasən Türkiyə İdlib rayonunda hökumət qüvvələri ilə islamçı müxalifət arasındakı döyüşlərin azaldılması məqsədilə bu vilayətdə 12 müşahidə postu tikməli idi.

Reuters yazır ki, “de-eskalasiya” zonaları barədə əldə olunmuş razılaşmaya baxmayaraq nə Rusiya, nə də İran qüvvələri tərəfindən dəstəklənən hökumət qoşunları hücum əməliyyatlarını dayandırmayıblar.

Dəməşq Rusiya aviasiyasının intensiv dəstəyi ilə İdlibdə müəyyən əraziləri ələ keçirib. Halbuki Astana razılaşmasına əsasən bu ərazilər Türkiyənin nəzarətində olmalıydı.

İdlib hazırda anti-Assad qüvvələrinin ən son istehkamıdır.

XS
SM
MD
LG