Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

Türkiyə Suriya ərazisində hücum əməliyyatını təxirə salıb


Racep Tayyip Erdogan
Racep Tayyip Erdogan

Türkiyə, Suriyanın şimalında yeni hücuma keçmək qərarını təxirə salınıb.

“Anadolu” agentliyinin məlumatına görə, bunu dekabrın 21-də Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.

Onun sözlərinə görə, amerikalı həmkarı Donald Trump-la belə bir razılıq əldə ediblər.

Amma o qeyd edib ki, əməliyyatdan müvəqqəti imtina, onu qeyri-müəyyən vaxtadək təxirə salmaq demək deyil.

Erdogan deyib ki, əməliyyatda məqsəd, regionda fəaliyyət göstərən qruplaşmalardan gələn terror təhlükəsini aradan qaldırmaqdır.

Erdogan dekabrın 12-də bəyan eləmişdi ki, Türkiyə ordusu tezliklə Suriyanın şimal-şərqində yeni hücum əməliyyatına başlayacaq.

Ötən bazar ertəsi isə bildirişdi ki, əməliyyat istənilən an başlaya bilər.

Ankara, bu bölgədə fəaliyyət göstərən kürd qruplaşmalarını terrorçu PKK təşkilatı ilə əlbir olmaqda ittiham edir.

ABŞ prezidenti Donald Trump isə bu arada, Suriyadakı ABŞ qüvvələrinin 2 ay ərzində ordan çıxarılacağını bəyan edib.

Trump-ın fikrincəABŞ qüvvələrinin bu regionda hərbi iştirakı büdcəyə baha başa gəlir.

ABŞ Suriya müharibəsində prezident Bashar Assada qarşı mübarizə aparan kürd birləşmələri və üsyançı qüvvələrin, Rusiya ilə İransa Suriya rejiminin tərəfini saxlayır.

ABŞ Konqresinin nümayəndələri Trump-ın bu addımını tənqid ediblər.

Müdafiə naziri Jams Mattis isə dekabrın 22-də prezidentlə fikir ayrılığına görə istefa verdiyini bəyan edib.

XS
SM
MD
LG