ABŞ prezidenti Donald Trump və birinci ledi Melania Trump ABŞ-da 11 sentyabr terror hücumlarının 16-cı ildönümünü bir dəqiqəlik sükutla qeyd ediblər.
Vaşinqtonda Ağ Evdə keçirilən anım mərasimində bir dəqiləlik sükut sentyabrın 11-i saat 8:46-da başlanıb.
2001-ci ilin 11 sentyabrında terrorçuların qaçırtdığı ilk təyyarə Nyu Yorkda Dünya Ticarət Mərkəzinin yerləşdiyi Ekiz Binalara məhz 8:46-da çırpıldı.
O vaxt Əl Qaida terrorçularının qaçırtdığı 2 təyyarə Nyu Yorkda Dünya Ticarət Mərkəzinin Ekiz Binalarına, bir təyyarə Pentaqonun binasına çırıldı, bir təyyarə isə Pensilvaniya ştatında yerə düşdü.
2001-ci ilin 11 sentyabr terror hücumlarında ABŞ-da 3 minə yaxın adam həlak oldu.
11 sentybar terrorundan 10 il sonra - Pakistanda keçirdiyi xüsusi əməliyyatda ABŞ Əl Qaida lideri Usama bin Ladeni öldürdü.
Buna da bax: 11 sentyabr terrorunun görüntüləri
Buna da bax: 11 sentyabr tarixi sizə nə deyir? (Bakıda sorğu)