Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:57

ABŞ səfirliyi barəsində cinayət işi açılan redaktoru qəbul edib


Anar Məmmədov

Bu gün, dekabrın 20-də Gəncə olayları zamanı criminal.az saytında yayılmış məlumatlara görə, həmin saytın cinayət məsuliyyətinə cəlb olunan baş redaktor Anar Məmmədov ABŞ-ın Azərbaycandakı səfirliyində olub.

Anar Məmmədov və onun vəkilini səfirliyin siyasi məsələlər üzrə müşaviri Kristinq Sinq və mətbuat katibi Nathan Jones qəbul edib.

Anar Məmmədov AzadlıqRadiosuna deyib ki, görüşdə rəhbəri olduğu saytda yayılan məqalələrə görə, ona qarşı açılmış cinayət işi barədə müzakirələr aparılıb.

“Diplomatlarla Azərbaycanda mətbuat azadlığı, mənim dekabrın sonunda başlayacaq məhkəmə prosesim haqqında geniş söhbət etdik”, deyən Anar Məmmədov görüşün təfərrüatlarına varmayıb.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Bəzi media qurumları “çağırış xarakterli, ictimaiyyəti çaşdıran” məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi.

Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az saytına girişə məhdudiyyət qoyulmuşdu.

Anar Məmmədov ittihamları rədd edir.

Sui-qəsd nəticəsində ağır yaralanan Elmar Vəliyev sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs olunub.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdən əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub.

Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

XS
SM
MD
LG