Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:22

Leyla Yusifova bacısı Gülnarə Əkbərovanın və sonuncunun yeni doğulmuş körpəsinin ölümündən AzadlıqRadiosunun «Qaynar xətt»inə ağlaya-ağlaya danışır.

Mayın 8-də Sumqayıtdakı 1 saylı Doğum Evinə götürülən 38 yaşlı Gülnarə bir neçə saatdan sonra doğub. Həkimlər ailə üzvlərinə ananın da, körpənin də durumunun yaxşı olduğunu deyiblər. Ailə üzvlərinin yerə-görə sığmayan sevinci olduqca qısa sürüb. Muştuluq xəbərlərinin ardınca əvvəl ananın, sonra da körpənin ölüm xəbəri gəlib.

«DOĞUŞDAN SONRA SAĞ İMİŞ»

Leyla Yusifova: «Onu xəstəxanaya günorta apardıq. Axşama kimi sancı çəkdi, axşam saatlarında doğdu. Hamiləliyi normal keçirib. Səhhətindən şikayəti olmayıb. Bəs, doğuşdan sonra niyə öldü? Özümüz də çaşqınlıq içərisindəyik. Dedilər, uşaq sapsağlamdır. Sonra da dedilər, o da öldü. Həkimlər bacımla bağlı hərəsi bir söz deyir. Biri deyir, qanaxma tutdu, o biri deyir, nəfəsi daraldı, qəfil keçindi...».

Leyla xanıma və ailənin digər üzvlərinə pis təsir edən həm də Gülnarəylə görüşə imkan yaradılmamasıdır: «Axı deyirlər, doğuşdan sonra sağ imiş. Hətta palataya keçirib uşağı da yanına qoyublar. Heç olmasa, görüşərdik, sonuncu dəfə üzünü görərdik. Bizə qəti şəkildə icazə verilmədi. İndi şübhələrimiz artıb. Gülnarə sağ idisə, niyə uzaqdan görməyə də imkan vermədilər? Xəstəni verirsən həkimlərin əlinə, getdi. Ondan sonra heç cür xəbər tuta bilmirsən ki, vəziyyəti nə yerdədir, nədir. Bir də ölüsünü gətirib verirlər».

«CƏZASIZ QALMASINLAR»

Ailə həkimləri günahlandırır. Leyla Yusifova deyir, onlar xəstəxanaya sağlam gətirdikləri hamilə qadının həkimlərin səhlənkarlığı üzündən öldüyünü iddia edirlər: «Cəzasız qalmasınlar. Cəzasız qalmasınlar ki, başqa analar, körpələr eyni aqibəti yaşamasın. Cəzasız qaldıqca, belə hadisələr də artır. Cavab versinlər, bacımı, körpəsini necə öldürdülər, niyə öldürdülər?..».

Səhiyyə Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, Sumqayıt şəhər 1 saylı Doğum Evindəki ana və uşaq ölümü Sumqayıt şəhər Prokurorluğunda araşdırılır. Ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Şöbəsində ekspertizadan keçirilib. Ekspertiza rəyi prokurorluğa təqdim olunduqdan sonra ölüm səbəbləri bəlli olacaq. Ana və uşağın ölümünə həkimlər səbəbkar olubsa, istintaq orqanı tərəfindən cəzalandırılacaqlar.

XATIRLATMA

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının hesabatına görə, 2016-cı il ərzində Azərbaycanda 22 ana ölümü baş verib. Hər 100 min diri doğulan uşağa 13.8 ana ölümü qeydə alınıb. Nazirlik bu kateqoriya üzrə göstəricilərin ilbəil yaxşılaşdığını bildirir.

Ana ölümlərini araşdıran ekspertlərsə dövlət statistikasının «yumşaq» olduğunu deyirlər. Onların bildirməsinə görə, doğuş zamanı baş verən ölümlərin bəziləri «ana və uşaq ölümü» kimi qeydə alınmır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG