Azərbaycanda ana ölümlərinin statistikası rəsmi hədəfləri alt-üst edib. Hökumət bu göstəricini hər 100 min doğuş üçün 13-ə endirməyi planlaşdırsa da, real rəqəm 27.1-ə yüksəlib. Ekspertlər xəbərdarlıq edir: Günahkar həkimlər yox, fəsadları idarə edə bilməyən səhiyyə sistemidir.