Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

Amos Oz – İsrail ədəbiyyatının nəhəngi


Amos Oz
Amos Oz

Qərb demokratiyalarında artıq ədəbiyyat siyasətə təsir göstərmir. Vaxtilə ədəbiyyatla siyasət birlikdə mövcud ola, hətta bir adamda birləşə bilirdi: Britaniyada George Orwell, Fransada André Malraux. Ancaq bu, çoxdan olub. Buna baxmayaraq, siyasətin gücü dillə bağlıdır: istər vəzifəsində oturan hərbi cani olsun, istərsə də Tvitterini işlədən seçilmiş dövlət adamı.

Britaniyada çıxan Spectator jurnalı yazır ki, dekabrın 28-də dünyasını dəyişmiş israilli yazıçı Amos Oz ədəbiyyatın siyasi gücünün canlı təcəssümü idi. Qərb demokratiyası hesab olunan İsraildə Ozu böyük yazıçı, ancaq uğursuz siyasətçi hesab edirlər. Qərbdə isə onu siyasi uğursuzluğun hələ həyatda olan vicdanı kimi görürlər.

İSRAİLİN ƏSASINI QOYAN ELİTA

Oz İsrailin əsasını qoyan elitaya aid idi. “Sevgi və qaranlıq hekayəsi” (2002) adlı avtobioqrafiyasında özünü kibbutz sosializmi və “Peace Now” hərəkatının qlobal siması adlandıran Oz tanınmış revizionist ailədə doğulub. Revizionistlər liberal siyasəti ərəblərə münasibətdə “Dəmir divar” yanaşması ilə qarışdıran of Ze’ev Jabotinsky-nin tərəfdarları idi. Hələ yaranmaqda olan birpartiyalı dövlətdə əməkçi sionistlər artıq balansı saxlayırdılar.

1949-cu ildə yeni İsrail dövləti özünün ilk prezident seçkilərini keçirdi. Amos Klausnerin babasının qardaşı, tarixçi və ədəbiyyat professoru Joseph Klausner Menaxem Beginin Herut partiyasından namizəd oldu və uduzdu.

1951-ci ildə Amosun anası özünə qəsd etdi. Ozun öz təbirincə desək, anası Şoanın (yəhudilər Holokostu belə adlandırır) sonuncu qurbanı idi. İki il sonra artıq 14 yaşı olan Amos sola meyllənməyə başladı, kibbutza köçdü və öz köhnə soyadının özəyindən yenisini düzəltdi. “Oz” “güc” deməkdir.

Amos Oz Nobel Sülh Mükafatı laureatı, keçmiş prezident Shimon Peres-in dəfn mərasimində
Amos Oz Nobel Sülh Mükafatı laureatı, keçmiş prezident Shimon Peres-in dəfn mərasimində

Kubbutzim hətta özünün pik vaxtında belə İsrail cəmiyyətinin beş faizə qədərini təşkil edirdi. Bununla yanaşı, onlar Beginin 1977-ci il seçkilərində qalib gəlməsinə qədər İsrail dövlətçiliyinin ilk 30 ilini öz monopoliyalarında saxlaya bilmişdilər.

Onların gücü həm mədəni, həm də siyasi idi. Ədəbiyyat da partiya siyasəti idi. Benjamin Netanyahunun atası Benzion Netanyahu və Encyclopedia Hebraica-nın (İvrit ensiklopediyası) redaktoru Joseph Klausner kimi yazıçılar elm sahəsindən uzaqlaşdırıldı və hətta mühacirət etməli oldu. Gənc Ozsa vətəndə qaldı.

Sözlər və gümanlarla oynayan yazıçıdan kibbutsun güclü, sakit və kollektivist ruhunu ifadə edən olmazdı. Ozun gözəl əsərlər yaratmasının səbəbi onun uğursuz siyasətçi olması idi.

Ozun romanlarında siyasətin maddiliyi dominantdır. 1994-cü ildə yazdığı “Buna gecə deməzlər” romanı Ozun kibbutsdan ayrılandan sonra köçdüyü səhra şəhəri Aradın bədii versiyası əks olunub.

Əsərin qəhrəmanı Noa özünün və əri Teonun tənhalığını siyasətlə mədəniyyətin bir-birindən ayrılması ilə müqayisə edir. Bu məsafə həm də romantik millətçiliyin gecikmiş bəhrəsi olan İsraillə onu özünün kifir əksi kimi görüb rədd edən Qərb arasındakı məsafəni təcəssüm etdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG