Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Vidadi Mirkamal: «Ortada ədalətsizlik var»


Vidadi Mirkamal
Vidadi Mirkamal

-

«Amnistiya aktının qəbul edilməsi müsbət haldır. Yəni, məhkumların bir qismi azadlığa buraxılır, daha böyük qisminin cəzası yüngülləşdirilir. Bu mənada deyirəm ki, müsbət haldır. Amma bu aktda məni razı salmayan məqamlar var».
Ədliyyə generalı, Milli Şuranın üzvü Vidadi Mirkamal mayın 20-də parlamentin qəbul etdiyi Amnistiya aktını AzadlıqRadiosuna belə dəyərləndirib.

O, aktda narazı qaldığı məqamlarla bağlı bunları deyib: «Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov və Əli İnsanovun həbsdən azad olunmaları ilə bağlı qərarı var, yerinə yetirilmir. Ya da digər siyasi məhbuslara münasibəti götürək. Yəni, burada qərəzi və ya hakimiyyət dairəsinin bu şəxslərə «xüsusi» münasibətini görməmək mümkün deyil Qanunun kimin hansı siyasi mənsubiyyətə, əqidəyə malik olub-olmaması kimi problemi yoxdur. Ona görə də, bütün məsələlərə hüquqi müstəvidən yanaşmağı tələb edirik. Burada isə hüquqdan çox, kimlərinsə iradəsi üstün olub. Məhkəmələrdə təqsirsizliklərini sübut etmələrinə baxmayaraq, təkcə siyasi mənsubiyyətlərinə görə nə qədər insan həbsə salınıb. Onları azadlığa buraxmaq imkanı olduğu halda bunu etmədilər. Bu mənada deyirəm ki, ortada bir ədalətsizlik var».

V.Mirkamalın düşüncəsinə görə, nəticə etibarilə bəzi cinayətkarlar cəmiyyətə qaytarılır, günahı olmayanlar isə cəmiyyətdən təcrid edilir. Hərçənd o, azadlığa buraxılacaq sadə vətəndaşlar arasında da çoxlarının günahsızlığına inanır: «Bu akt ilə 3500-ə qədər insanın azad ediləcəyi deyilir. Amma siyasi məhbusları azad etmədiyinə görə hakimiyyətin ünvanına beynəlxalq tənqidlər heç də azalmayacaq».

Bu Amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, onlardan 3500-ə qədər məhbusun azad olunacağı deyilir. Bu, Heydər Əliyev Fonunun prezidenti, deputat Mehriban Əliyevanın sayca 4-cü amnistiya təşəbbüsüdür. Buna qədər isə 2007, 2009, və 2013-cü illərdə o, amnistiya təşəbbüsü ilə çıxış etmişdi.

XS
SM
MD
LG