Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

Amnesty Trump-ı Özbəkistan prezidentinə təsir göstərməyə çağırıb


Margaret Huang
Margaret Huang

Amnesty International insan haqları təşkilatı ABŞ prezidenti Donald Trump-ı bu həftə keçiriləcək görüşləri zamanı özbək həmkarına onun ölkəsində insan haqları islahatlarının “davam etdirilməsi və dərinləşdirilməsi” üçün təsir göstərməyə çağırıb.

Trump və Shavkat Mirziyoev arasında nəzərdə tutulmuiş görüş mayın 16-da Vaşinqonda yer alacaq.

Mirziyoev İslam Karimovun iki onillik davam edən repressiv rejimindən sonra Özbəkistanda insan haqlarının yaxşılaşacağına müəyyən ümidlər verib.

Amnesty International təşkilatı ABŞ filialının rəhbəri Margaret Huang Trump-a mayın 11-də göndərdiyi məktubda yazır ki, Mirziyoevin Ağ Evə səfəri Özbəkistanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün “həlledici imkan” ola bilər.

Huang bildirib ki, Mirziyoev Özbəkistanın özünütəcridinə və repressiv siyasətlərə son qoyulması üçünbir sıra siyasi və iqtisadi islahatlara başlayıb.

O 2016-cı ildə hakimiyyətə gələndən bəri ifadə azadlığını artıran tədbirlər həyata keçirib, siyasi məhbusların azad olunmasına başlayıb, habelə siyasi mühacirlərin ölkəyə gəlişini asanlaşdırıb.

Mayın 10-da verdiyi bəyanatda Ağ Evin sözçüsü Sarah Huckabee Sanders deyib ki, ABŞ və Özbəkistan “aralarındakı ikitərfəli strateji partnyorluğu ortaq maraqlar əsasında yeniləmək” niyyətindədirlər.

Trump və Mirziyoev habelə ticarət, investisiya, regional təhlükəsizlik və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG