Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

Amnesty İranı edamları dayandırmağa çağırır


İran edam hökmlərinin ən çox çıxarıldığı ölkələrdən biridir
İran edam hökmlərinin ən çox çıxarıldığı ölkələrdən biridir

Amnesty International insan haqları təşkilatı İranı cinayətləri uşaq yaşlarında törətmiş üç nəfərin edamı planını dərhal dayandırmağa çağırıb.

Londonda mənzillənmiş təşkilat fevralın 22-də bildirib ki, onda olan məlumata görə Mohammad Kalhori, Barzan Nasrollahzadeh və Shayan Saeedpour ayrı-ayrılıqda 18 yaşınadək törətdikləri cinayətlərə görə “bu yaxınlarda” edam olunmalıdırlar.

Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Saleh Higazi deyib ki, İran hakimiyyət orqanları bu adamların həyatlarının xilas edilməsi üçün tez bir zamanda hərəkətə keçməlidir:

“Beynəlxalq insan haqları qanunu, cinayəti törədərkən yaşı 18-dən az olanların ölüm cəzasına məhkum edilməsini qadağan edir”.

İran yeniyetmə yaşlarında cinayət törədənləri edam edən bir neçə ölkədən biridir.

Amnesty International bunu da bildirir ki, İranda hazırda edam cəzasını gözləyən 90 belə şəxs var.

Kalhori 2014-cü ildə məktəb müəllimlərindən birini bıçaqlayıb öldürəndə 15 yaş olub.

Nasrollahzadeh Kəşfiyyat Nazirliyi tərəfindən 17 yaşı olanda həbs edilib. Amnesty ona işgəncə verildiyini iddia edir. O bunun ardınca “Allaha qarşı düşmənçilikdə” ittiham olunub.

Saeedpour 2015-ci ildə dava-dalaş vaxtı qətl törədəndə 17 yaşı olub.

Amnesty bunu da bildirir ki, İran bir qayda olaraq yeniyetmə məhkumların edamını çevik bir şəkildə həyata keçirir. Bu ona görə edilir ki, məsələyə ictimai müdaxiləyə vaxt qalmasın.

Amnesty International İran parlamentini İslam Cinayət Məcəlləsinin 91-ci maddəsinə düzəliş etməyə və 18-yaşınadək törədilmiş cinayətlərə görə edam cəzasının ləğvinə çağırıb.

İran dünyanın aparıcı “edamçılarından” biridir. Amnesty bildirir ki, onun məlumatına görə 2018-ci ildə İranda 507 nəfər edam olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG