Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Amnesty İranda ‘hicab etirazçılarının’ taleyindən narahatdır


Hicaba qarşı etiraz aksiyalarının təməlini qoymuş Vida Movahedi

Amnesty International bildirib ki, İranda məcburi hicaba etiraz etdiklərinə görə saxlanmış onlarca qadın “uzunmüddətlli həbsxana cəzası” ilə izləşmək riski qarşısındadır.

Son həftələrdə İranın hakimiyyət orqanları ictimai yerlərdə məcburi hicaba etirazini bildirən onlarca qadını həbs edib.

İran polisinin fevralın 23-də yaydığı bəyanatda bildirilir ki, hicaba etiraz bildirən qadınlara qarşı “əxlaqsızlığı və fahişəliyi yaymaq” itithamı irəli sürülə və onlar 10 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Londonda mənzillənmiş Amnesty International fevralın 26-da bəyan edib ki, polisin bəyanatı “onlarca qadını ədalətsiz həbsxana cəzasının gözlədiyini və İran hökumətinin qadın haqları üzərinə hücumunu göstərir”.

Amnesty bildirir ki, təkcə paytaxt Tehranda 2017-ci ilin dekabrından bəri “dinc etiraz” bildirən 35-dən çox qadına hücum edilib və onlar həbs olunublar.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Maqdalena Muğrabi deyib ki, İran hakimiyyəti bu həbslərlə başqa qadınlara tükürpədici mesaj göndərir.

Ötən həftə polis Tehranda hicaba etiraz aksiyası keçirən daha iki qadını həbs edib.

Həbs edilən qadınlardan biri - Şaparak Şadizadə polis məntəqəsinə fevralın 21-də aparılıb. Ailəsi onun həbs zamanı döyüldüyünü bildirir.

Digər qadının fevralın 22-də həbs olunduğu xəbər verilib.

İranda 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri qadınlar hicablanmalı və bədənlərini bütünlüklə örtməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG