Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:21

İranda maliyyə jurnalisti saxlanıb


Əmir-Abbas Azarmvand
Əmir-Abbas Azarmvand

Təhlükəsizlik agentlərinin Azarmvandın laptopunu, mobil telefonunu, bəzi kitablarını da müsadirə etdiyi bildirilir

Jurnalistləri Müdafiə komitəsi (CPJ) İran hakimiyyətini bu həftə təhlükəsizlik ittihamları ilə saxlandığı bildirilən maliyyə jurnalistini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Qurum bildirir ki, jurnalistlərin öz işlərinin icrasına görə həbsi “senzuranın biabırçı formasıdır və buna tezliklə son qoyulmalıdır”.

İranda dövlətə məxsus SMT iqtisadiyyat qəzeti üçün işləyən Əmir-Abbas Azarmvand sentyabrın 1-də Tehranda valideynlərinin evində Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən saxlanıb. Məlumatı xaricdə yerləşən media orqanları yayıblar.

“Sistemə qarşı propaqanda yaymaq”

Azarmvanda təqdim olunan həbs orderində bu yaxınlarda SMT-dəki tənqidi yazısına istinad olunub. Yazı “həmkarlar ittifaqları üzvlərinin çətin iqtisadi durumu və hökumətin bəzi yeni iqtisadi qərarları” haqda olub, IranWire jurnalistin adının çəkilməsini istəməyən həmkarına istinadla yazır.

Mənbəyə görə, Azarmvand “sistemə qarşı propaqanda yaymaqda” təqsirli bilinərək Evin həbsxanasına köçürülüb. Həmin həbsxanada əsasən siyasi məhbuslar saxlanır.

İran həbsxanasından görüntülər qalmaqala səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Təhlükəsizlik agentlərinin Azarmvandın laptopunu, mobil telefonunu, bəzi kitablarını da müsadirə etdiyi bildirilir.

IranWire və ABŞ-da yerləşən İnsan Haqları Fəallarının Xəbər Agentliyinin (HRANA) məlumatına görə, Azarmvand 2018 və 2020-ci illərdə də jurnalistlik fəaliyyətinə görə həbs olunub. Amma onlar əlavə informasiya açıqlamayıblar.

XS
SM
MD
LG