Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:11

NİDA-çı 10 sutkalıq həbs edildi?


Amid Süleymanov
Amid Süleymanov

-

Mayın 25-də polisin saxladığı gənc fəal, NİDA Hərəkatının üzvü Amid Süleymanova 10 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu haqda gəncin atası Yusif Süleymanov Turan-a deyib. Valideynə bu haqda yaşadıqları ərazinin sahə müvəkkili xəbər verib.

Gənc fəalın hansı səbəbədən cəzalandırılması barədə bilgi verilmir. Rəsmi qurumlar gün boyunca A.Süleymanovun saxlanmasının səbəblərini şərh etməyiblər.

***

Mayın 25-də fotoreportyor Elnur Muxtarı və NİDA Vətəndaş Hərəkatının üzvü Amid Süleymanovu polis saxlayıb. Onların "heykəl işinə" görə saxlandıqları ehtimal olunub. Bu haqda NİDA Vətəndaş hərəkatının yaydığı bəyanatda deylir:

"Özlərinin bildirdiyinə görə, bir neçə gün idi izlənilirdilər. Ehtimallara görə, heykəl məsələsinə görə saxlanılıblar. Məlum heykəlin üzəri yazılan gün onlar o ərazidən keçiblər və dayanıb heykəlin üzərində yazılmış "Qul bayramınız mübarək" sözlərini oxuyublar. Həmin an ərazidəki kameralarda görüntülənib. Bu səbəbdən də onlar saxlanılıb".

Bildirilir ki, polis mayın 25-də Elnur Muxtarın evində axtarış aparıb, onun məxsus fotokamera və noutbuk götürüblər.

Elnur Muxtarın Amid Süleymanovla birgə Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, gənclərin saxlanması ilə bağlı hər hansı məlumata malik deyil.

Mayın 10-da gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov həbs ediliblər. Onlara qarşı narkotik ittihamı irəli sürülsə də, vəkilləri gənclərin Heydər Əliyevin heykəlinə şüar yazdıqları üçün tutulduqlarını deyirlər.

**
Mayın 25-də gənc fəal Amid Süleymanovun yaşadığı mənzildən polisə aparıldığı bildirilir.

Bu haqda onun atası Yusif Süleymanov xəbər verib.

Atasının deməsinə görə, gecə saatlarından evlərinə müxtəlif adamlar gələrək onları narahat edib:

«Müxtəlif şəxslər mənzilə gələrək başqa-başqa şəxsləri soruşurdular. Şikayət olduğunu deyirdilər. Deyirdilər ki, açın qapını, qol çəkdirib gedəcəyik. Üç dəfə 102-yə məlumat verdim. Sonra qapını açdım. Bir nəfər polis, 5-6 nəfər də mülkigeyimli şəxs evə doluşdu».

Gənc fəalın atası deyib ki, həmin şəxslər evdə axtarış aparıb, A.Süleymanovun kompüterini, telefonunu götürüblər. Polis və kimliyi bəlli olmayan şəxslər sonda da Amid Süleymanovuözləri ilə aparıblar.

Gənc fəalın niyə görə aparıldığı açıqlanmayıb. Onu aparanlar yalnız 5-ci polis bölməsinə getdiklərini bildiriblər.

A.Süleymanovun saxlanması ilə bağlı hüquq-mühafizə qurumları, hələlik, hər hansı açıqlama verməyiblər.

A.Süleymanov NİDA Gənclər Hərəkatının üzvüdür.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”
Günün əsas hadisələri AzadlıqLive proqramında (25 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”
Xədicə: "Qaldığım yerdən davam edəcəm"
Gözlə

No media source currently available

0:00 0:16:57 0:00
XS
SM
MD
LG