Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:52

Amerikalılar yeməyin qalanını niyə atır?


Ağzında çörək tutmuş qağayı (arxiv fotosu)
Ağzında çörək tutmuş qağayı (arxiv fotosu)

Bundan təəssüflənsələr də, əllərini ağdan-qaraya vurmurlar

Amerikalılar ildə 130 milyard funt (59 milyard kq) qidanı israf etdiklərindən təəssüfləndiklərini deyirlər. Deməyinə deyirlər, amma heç bir tədbir görmür, əllərini ağdan-qaraya vurmurlar.

SSRS şirkətinin ölkəboyu 500 nəfər arasında keçirdiyi rəy sorğusunun bu həftə "Plos One" elmi jurnalında dərc edilmiş nəticələrinə görə, respondentlərin yarıdan çoxu ölkənin ildə 160 milyard dollarlıq qidanı israf etməsindən xəbərdardır (Azərbaycanın dövlət büdcəsindən təxminən 9 dəfə çox – red.). Sorğuya qatılanların, az qala, 80 faizi yeməyi tullayanda özünü günahkar bildiyini deyib. Rəyi soruşulanların 51 faizi qida israfını azaltmağın çətin başa gələcəyini düşünür, 42 faizi isə bu barədə düşünməyə macal tapmadığını söyləyir. Qida israfının pul israfının başlıca qaynağı olduğunu deyənlər də elə o qədər - 42 faizdir.

Buna da bax: Trump seçiləcəyi təqdirdə nə edəcəyindən danışdı

Zənginlər rahatsız deyillər

ABŞ-ın Milli Ehtiyatları Müdafiə Şurasında qida israfı eksperti çalışan Dana Gunders-in sözlərinə görə, daha zəngin amerikalıların cavablarından görünən odur ki, onlar bundan rahatsız olmağı ağıllarına da gətirmirlər. Gunders sözügedən sorğunun keçirilməsinə qatılmayıb.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

Sorğuya qatılanların, az qala, 80 faizi yeməyi tullayanda özünü günahkar bildiyini deyir.

Durum get-gedə pisləşir. Sorğunun müəlliflərindən biri - Ohayo Dövlət Universitetinin kənd təsərrüfatı marketinqi və siyasəti üzrə professoru Brian Roe deyir ki, rəyi soruşulanların təxminən 60 faizinin qida israfının ətraf mühitə ziyanından xəbərsizliyi insanların bilik səviyyəsindəki uçurumu göstərir. Bir çox insan zibilxanada toplanan qida tullantılarının qlobal isinmənin əsas səbəblərindən biri olan metan qazı buraxdığını da bilmir. Hələ qida istehsalına xərclənən bütün yanacaq və gübrə bir yana, sadəcə, boşqabdakı yeməyin hamısı yeyilsə, enerji və gübrəyə də qənaət olunardı:

“İnsanlar hələ də qida israfı və bunun ətraf mühitə təsiri arasındakı bağlantını anlamırlar".

Yeməyi tullayanlar qida zəhərlənməsindən qorxurlar?

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Tədiqatçılar yeməyi israf edib, zibilliyə atan insanların nədən belə davrandığını da araşdırıblar. Sorğuya qatılanların 70 faizi qida zəhərlənməsindən çəkinərək, yararlılıq müddəti bitdiyinə görə qidanı atırlar. Respondentlərin 60 faizi belə düşünür ki, təzə-tər yemək istəyən mütləq qida tullantısını artıracaq. Daha öncə aparılan araşdırmalar qida paketlərinin üzərindəki tarixin, çox vaxt, təsadüfi və nizamsız olduğunu üzə çıxarmışdı. Təbii ki, tarix nə qədər yaxın olsa, o məhsulun yenisini bir o qədər tez alacaqsınız. May ayında bir senator və bir konqresmen bu yarlıkların standartlaşdırılmasına dair qanun layihəsi təklif ediblər.

"O tarixlərin qida güvənliyi ilə çox da bağlı olmadığını anlayandan sonra real irəliləyiş imkanlarının olduğunu görə bilirik", - Gunders belə deyir.

Qida israfını yarıbayarı azaldacaq kampaniya başladılır…

Daha zəngin amerikalıların cavablarından görünən odur ki, onlar bundan rahatsız olmağı ağıllarına da gətirmirlər.

Ancaq sorğu sonucları ötənilki sorğu ilə müqayisədə qida israfı ilə bağlı bilik səviyyəsinin bir qədər yüksəldiyini də göstərib. Roe-nun sözlərinə görə, sorğu sentyabr ayından sonra keçirilsəydi, yüksəliş daha çox olardı. Məsələ burasındadır ki, sentyabrda Ətraf Mühitin Mühafizəsi Agentliyi ilə Kənd Təsərrüfatı Departamenti 2030-cu ilədək qida israfını yarıbayarı azaltmağı hədəfləyən kampaniya başladacaq.

Gunders-in sözlərinə görə, davranışlarını dəyişməyə hazır olduğunu bildirən amerikalıların sayı az görünsə də, bu istiqamətdə inkişaf var. “Dörd il öncə heç kəs bu məsələdən söz açmağı düşünmürdü. Ölkə əhalisinin yarıdan çoxunun qida israfının ciddi problem olduğunu fikirləşməsi ictimai maarifləndirmə baxımından çox böyük uğurdur".

Roe deyir ki, təhsil təşəbbüsləri və yerli proqramlar tullantıları toplamağı asanlaşdıra və evdə gübrə hazırlamağı insanların gündəlik həyatının bir hissəsinə çevirə bilər.

Buna da bax: Son deyil, ardı mütləq gələcək

Qidadan daha ölçü-biçili istifadəyə həvəsləndirən smartfon əlavəsi olacaq

Kənd Təsərrüfatı Departamentinin davamlı inkişaf üzrə direktoru Elise Golan qida israfının azaldılmasına daha çox vəsait ayırmağa çağırıb: "Məncə, bu, biznesmen və sahibkarların "biz bunu edə bilərik" deməsindən ötrü əsl çağırışdır”.

Roe və başqa tədqiqatçılar bir evdə atılacaq qidanı ölçməyə yardımçı ola biləcək smartfon əlavəsi üzərində çalışırlar. Bu proqram insanları qidadan daha ölçü-biçili yararlanmağa həvəsləndirəcək.

Buna da bax:

Bakıda zibil qablarının vəziyyəti
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG