Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

20 min dolların varsa, övladını ABŞ-da dünyaya gətir


Ksenia Popova
Ksenia Popova

Ksenia Popova Mayamiyə Vladivostokdan gəlib. Rusiyanın Uzaq Şərqində yerləşən bu şəhərdən Mayamiyə 2 günə çatan Ksenia bura istirahətə, okean və restoranlardan həzz almağa gəlməyib. O, həyat yoldaşı ilə birlikdə şəhərin klinikalarının birində qızı Taisia-nı dünyaya gətirmək üçün gəlib.

"Mən həmişə övladımı Amerikada dünyaya gətirmək istəmişəm. Bu, bir növ mənim məqsədim olub. Hamilə qalan kimi, həyat yoldaşımla bir az araşdırma aparıb bura gəldik. Dostlarımın çoxu da eyni cür hərəkət edib. Bu yolla hər şey əldə edirsiniz: yaxşı iqlim, keyfiyyətli təhsil sistemi və vətəndaşlıq", – Ksenia Popova deyir.

ABŞ-da doğulmuş hər bir uşaq avtomatik bu ölkənin vətəndaşlığını alır. ABŞ-a sadəcə, uşaq dünyaya gətirmək məqsədilə gəlməksə tamamilə qaninidir.

UŞAQ GƏTİRMƏK ÜÇÜN GƏLMƏK QANUNSUZ SAYILMIR

“Happy Baby” adlı şirkət təsis etmiş Naila Valieva deyir ki, onun şirkəti kimi şirkətlər gələcək valideynlərə sənəd hazırlamaq, həkim seçmək və ev tutmaqda kömək edir.

"ABŞ-a uşaq dünyaya gətirmək üçün gəlmək qanunsuz deyil. Çox adam razılaşar ki, ABŞ-da tibbi xidmətlər dünyada ən yaxşılardandır. İqlim fantastikdir, analar ehtiyacları olan hər şeyi alırlar və hər şey kifayət qədər asandır. Belə olan halda kimi gözləyirsiniz?Naila Valieva deyir.

Qadınlar da onunla razıdır. Onların sözlərinə görə, belə uzun və bahalı səyahətin əsas üstünlüyü keyfiyyətli tibb xidməti olsa da, cəmiyyətin münasibəti də qərara təsir edir.

"Rusiyada hamiləliyə xəstəlik kimi baxırlar. Siz davamlı həkimə getməli, milyon dənə analiz verməlisiniz. Burada, ABŞ-da isə hər şey xeyli asandır. Sonoqram etdirirsiniz, uşağın ürək döyüntülərini eşidirsiniz və növbəti həkim qəbuluna qədər azadsınız", – övladını ABŞ-da dünyaya gətirmiş Katerina Khramova deyir.

Moskvalı Olga Sukhanova ikinci uşağını böyük qızı 20 yaşına çatanda dünyaya gətirmək qərarına gəlib:

"Mən övladımı təcili qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdim. Həkimlərin necə peşəkar və koordinasiyalı çalışdığını görüb çox bəyəndim”.

Remberto Santos kubalı akuşer-ginekoloqdur. O, artıq 23 ildir ki, Mayamidə çalışır. Onun sözlərinə görə, xəstələrinin yarısı Şərqi Avropadan gəlir.

"Bilirəm ki, Rusiya və Ukraynadan olan xəstələrin ağrıya dözümü ən yüksəkdir. Aralarında bəziləri epidural üsulu seçsə də, əksəriyyəti təbii doğuşa üstünlük verir", – Remberto Santos deyir.

20 MİN DOLLARA VƏTƏNDAŞLIQ

Gələcək analar sadə turist vizası alırlar. Onların etməli olduğu tək şey vətənlərinə dönəcəklərini sübut etmək, dönüş biletini və bank çıxarışını göstərməkdir.

"Onlar sadəcə, Amerika vergi ödəyicilərinin onların tibbi xərclərini ödəməli olmayacağını sübut etməlidirlər", – Naila Valieva deyir.

Vizalar bir qayda olaraq üç aya hazır olur. Qadınlar doğuş günündən təxminən bir ay əvvəldən ABŞ-a gəlir, uşaqlarını dünyaya gətirib daha bir ay qalırlar. Doğuş turizmi 20 min dollara başa gəlsə də, bir çoxları doğuş ərəfəsində və doğuşdan sonrakı bir ay ərzində Mayamidə əldə etdikləri rahatlıq əvəzində bu məbləği ödəməyə üstünlük verir.

Qeyd edək ki, övladını ABŞ-da dünyaya gətirmək üçün bura gələn təkcə rusiyalı analar deyil. Çinli analar artıq illərdir ki, bunun üçün Cənubi Kaliforniyaya gedirlər.

ABŞ Konstitusiyasına 14-cü Düzəlişə görə, bu ölkədə doğulan hər bir insan avtomatik ABŞ vətəndaşı sayılır və həyatı boyu burada yaşaya, işləyə və bütün üstünlüklərdən yararlana bilər. Burada doğulan uşaqlar 21 yaşlarına çatdanda valideynlərinin də Qrin Karta müraciətini sponsorlaşdıra bilərlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG