Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 16:24

ABŞ-da ilk ölüm, Ermənistanda ilk yoluxma halı qeydə alınıb


Koronavirus, COVID-19

Ermənistanda ilk yoluxma

Ermənistanda ilk koronavirusa yoluxma halı qeydə alınıb. Bubarədə ölkənin baş naziri Nikol Pashinian martın 1-də özünün facebook səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, həmin şəxs fevralın 28-də ailəsi ilə Tehrandan Yeravana dönön 29 yaşlı Ermənistan vətəndaşıdır.

Verilən məlumata görə, həmin şəxs özü həkimlərə müraciət edib. Onunla birgə gələn həyat yoldaşında virus aşkarlanmadığı bildirilir.

Ermənistanın səhiyyə naziri Arsen Torosian ,Yerevan,1 mart ,2020
Ermənistanın səhiyyə naziri Arsen Torosian ,Yerevan,1 mart ,2020

Səhiyyə naziri Arsen Torosianın verdiyi məlumata görə, martın 1-də 32 nəfər karantinə alınıb. Yerevanda bu günə nəzərdə tutulan 2008-ci ilin martında seçkidən sonra Ermənistanda baş baş verən qanlı hadisənin ildönümü ilə bağlı planlaşdırılan yürüş təxirə salınıb.

ABŞ-da ilk ölüm halı

Martın 1-də ABŞ-da koronavirustan ilk ölüm halı qeydə alınıb. Prezident Trump Ağ Evdəki çıxışında bir qadının öldüyünü açıqlasa da bir qədər sonra səhiyyə nazirinin müavini prezidentə yanlış məlumat verildiyini və virusdan ölənin qadın olduğunu deyib.

Bu günə qədər Amerika Birləşmiş Ştatlarında 69 virusa yoluxma halı qeydə alınıb.

Donald Trump amerikalılara müraciət edərək koronavirusdan ölüm halı ilə bağlı xəbərlərdən təşvişə düşməməyə çağırıb.

Amerikanın Səsi xəbər verir ki, prezident koronavirus əleyhinə vaksinini hazırlaması məsələsini müzakirə etmək üçün bazar ertəsi əczaçılıq şirkətlərin rəhbərləri ilə görüşəcək.

XS
SM
MD
LG