Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:03

ABŞ-da adamlar hərbi bazanı tutmaq istəyir


Adamlar "51-ci Zona"ön qarşısında, 20 sentyabr 2019

Amerika Birləşmiş Ştatlarında 2 milyona yaxın adam "Zona 51" adlanan məxfi hərbi bazanı tutmaq istəyir. Yerdənkənar sivilizasiyaların mövcudluğuna inanan adamlar yadplanetlilərin onlara göstərilməsini tələb edirlər.

Sözü gedən həmin hərbi baza Nevada ştatının cənubunda, Lincoln dairəsində yerləşir. Çox adam həmin obyektdə yadplanetlilərin və Uçan Naməlum Obyektlərin (UNO) öyrənildiyini ehtimal edir.

Sentyabrın 20-ə təyin edilən görüş barədə məlumat facebookda ilk dəfə bu ilin iyulunda dərc edilib.

20 yaşlı tələbə Kaliforniyalı Metti Roberts-in zarafatla yazdığı bu posta 2 milyondan çox adam qoşulmaq istədiyini bildirib. Hərbi bazaya baxmağı, yadplanetlilər və oradakı texnologiyaları görmək təklifini irəli sürən tələbə sonradan bu postu zarafatla yazdığını etiraf edib.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi mətbuata açıqlamasında deyib ki, səlahiyyətlilər kənar şəxslərin "Zona 51" -ə girməsinə icazə verməyəcəklər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG