Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir


Arxiv foto
Arxiv foto

ABŞ prezidenti Donald Trump Yaxın Şərqə əlavə qoşun göndərilməsi ilə bağlı sənədi imzalayıb. Cümə günü Pentaqondan verilən məlumata görə, həmin hərbi qüvvələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində hava hücumundan və raketdən müdafiə hissələrini gücləndirəcəklər.

Müdafiə naziri Mark Esper bildirib ki, bu tədbirlər Səudiyyə və BƏƏ-nin müraciətlərinə əsasən həyata keçirilir və məqsəd müdafiədir. Bu həm də Amerikanın bölgədəki mövcudluğunu gücləndirmək üçün ilk addım kimi də qiymətləndirilir.

ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Dunford regiona nə qədər qoşun yerləşdiriləcəyini açıqlamayıb. O, bu barədə ətraflı məlumatın gələn həftə müdafiə naziriyi tərəfindən yayılacağını deyib.

Yaxın Şərq regionunda hərbi birliklərin gücləndirilməsi ilə bağlı ABŞ müdafiə nazirliyinin qərarı Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə məxsus obyektlərin dron və raketlərlə vurulmasından sonra gündəmə gəlib.

ABŞ dövlət katibi Mike Pompeo çərşənbə günü hücumun "müharibə aktı" olaraq qəbul edilməli olduğunu söyləyib. Vaşinqton və Ər-Riyad bu hücumda İranın məsuliyyət daşıdığını hesab edir. Beləki həmin neft müəssisələrinə hücumu təşkil etməkdə ittiham olunan Yəməndəki Huti qüvvələrinin İran tərəfindən dəstəkləndiyi vurğulanır. İran isə ittihamları rədd edir.

Bu ərəfədə Tramp İran Milli Bankına qarşı sanksiyalara da qərar verdiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG