Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:26

ABŞ kəşfiyyatı Moskvaya onun seçkilərə müdaxilə niyyəti ilə bağlı xəbərdarlıq edir


FTB-nin direktoru Christopher Wray, MKİ-nin direktoru Mike Pompeo və ABŞ kəşfiyyatının başçısı Dan Coats Senata ifadə veriblər
FTB-nin direktoru Christopher Wray, MKİ-nin direktoru Mike Pompeo və ABŞ kəşfiyyatının başçısı Dan Coats Senata ifadə veriblər

ABŞ-ın aparıcı kəşfiyyat agentliklərinin başçıları Rusiyaya, onun ABŞ-da və bəzi Avropa ölkələrində qarşıdan gələn seçkiləri kiberhücumlar, daha çox təbliğat və başqa taktikalardan istifadə ilə təsirləndirmək niyyəti ilə bağlı xəbərdarlıq ediblər.

Fevralın 13-də Senatın Kəşfiyyat Komitəsində ifadə verən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyi (MTA) və daha üç başqa kəşfiyyat orqanının rəhbərləri, Moskvanın ABŞ siyasətinə təsir göstərmək cəhdlərinin 2016-cı il prezident seçkisindən bu yana dayanmadığı barədə qiymətləndirmə ilə razılaşıblıar.

ABŞ Milli Kəşfiyyatının başçısı Dan Coats deyib ki, “ABŞ-a və onun Avropa müttəfiqlərinə qarşı seçkilərdən demokratiyanın sarsıdılması məqsədi ilə istifadə edən inadlı və pozucu kiberəməliyyatlar davam edəcək”. Cənab Coats hazırda ABŞ-ın 17 orqandan ibarət kəşfiyyat icmasına ümumi rəhbərlik edir.

Coats Senat komitəsindəki çıxışında deyib ki, “biz Rusiyanın ən azı təbliğatdan, sosial mediadan, saxta şəxslərdən, özünə rəğbətli natiqlərdən və başqa təsir vasitələrindən istifadə edərəkBirləşmiş Ştatlardakı ictimai-siyasi fikir ayrılıqlarını dərinləşdirmək cəhdləri edəcəyini gözləyirik”.

MTA-nın rəhbəri admiral Michael Rogers isə deyib ki, “bu cəhdlər nə dəyişəcək, nə də dayanacaq”.

ABŞ kəşfiyyatının 2017-ci ilin yanvarında açıqlanmış qiymətləndirməsində deyilirdi ki, Rusiya 2016-cı il seçkisini təsirləndirmək məqsədilə hakerlik və təbliğat kampaniyası aparıb.

Moskva bu ittihamları inkar etməkdə davam edir.

Hazırda ABŞ Konqresinin üç ayrı-ayrı komitəsi Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə, habelə Rusiya rəsmiləri ilə prezident Trump-ın keçmiş və indiki yaxın çevrəsinin şübhəli əlaqələrinə dair iddiaları araşdırır.

FTB-nin ayrıca apardığı təhqiqatın gedişində prezidentin iki keçmiş rəsmisinə qarşı ittihamlar irəli sürülüb. Bu şəxslər təqsirlərini etiraf ediblər.

Trump ABŞ kəşfiyyat icmasının Rusiyanın hərəkətlərinə dair gəldiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışır.

Kəşfiyyat başçılarının ifadə verməsi hökumətin illik kəşfiyyat hesabatının açıqlanması ilə eyni vaxta təsadüf edib.

Bu hesabatda Şimali Koreya ilə münaqişə riski və Səudiyyə-İran rəqabəti kimi məsələlər təfərrüatı ilə təhlil edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG